Riyazi məntiqlə uşalqarımıza məntiqi düşüncə və məntiqi yanaşma qaydalarını da öyrətmiş oluruq. Məntiqi testləri nə qədər çox eləsə, sıralama, qarşılaşdırma, müqayisə, təxmin etmə və.s. bu kimi düşüncələr daha yaxşı inkişaf etmiş olur. Uşaq məntiqi məsələləri daha çox etdikdə daha rahat digər mövzuları da mənimsəyir və müqayisə etmə sürəti artır. Həyatda baş verən hər bir hadisəni daha məntiqi və daha dəqiqliklə analiz etmək gücünə malik olur. Mənim sizə verdiyim məsələləri siz evdə əyani üsullarla da həll edə bilərsiz. Məsələn, bir banan və bir alma götürüb, birini 3 yerə, o birini 5-6 yerə bölərək bunu etmək olar. Bölərkən sayırıq, hansının böyük və ya kiçik olduğunu, hansının yumru, hansının uzun olduğunu və hansının daha çox hissələrə bölündüyünü uşaqla birlikdə məşq etmək olar. Yəni ki məntiq bizim həyatımızdı. İstəsək məntiqi riyaziyyatı öz həyatımızda da tapıb öyrədə bilərik.