Bu hissədə keçən dəfəki yazı vasitəsi ilə övladlarınıza öyrətdiklərinizi təkrarladıb bir az da yeni məlumatlar öyrədəcəksiniz. Qeyd: Şəkillərə baxarkən üzərinə vurun böyüsün.
Artıq övladınıza hərfləri öyrətmisiniz. İndi isə onun hərfləri xatırlaması üçün rəsmlərdəki böyük hərflə kiçik hərfləri birləşdirməsini istəyin.
İndi də rəqəmləri yadda saxlaması üçün şəkildəki rəqəmlərlə onların yazılışlarını birləşdirməsini istəyin.
Rəngləri əvvəl öyrətdiyimizə görə övladınız indi bu rəsmdəki əşyaları ingiliscə rəngləri ilə işarələsin.
Rəsmdə ingiliscə rənglərin adlarını görürsünüz. Övladınız hər dairəni aid olduğu rənglə rəngləsin.
Burada isə qızınıza ya oğlunuza şəkildəki rənd adlarının yazılmayan hərflərini tamamlamasını deyin. Çünki oxunuş ilə birlikdə sözlərin yazılışını da bilmək vacibdir. Sadəcə bir sözü əlavə etmək istəyirəm. Rənglərin qarşısında light (layt)- açıq, dark (daak)- tünd sözləri işlədilir.
Şəkildəki rəsmi yuxarıda rəqəmlər vasitəsi ilə göstərilən rənglərlə rəngləyin.
Növbəti iş rəsimdəki həftənin verilməyən günlərinin adlarını qatarın vaqonları üzərində yazmaqdır.
Hər bir rəsmin altındakı xanada ingiliscə uyğun fəsil adlarını seçib yazın.
Unutmayaq ki, uşaqlar sadə krossvordları da sevir, gəlin əvvəlcə onlara bu heyvan adlarını öyrədək və birlikdə krossvord edək:
zebra (zibrə)-zebra
bear (beə)- ayı
monkey (manki)- meymun
lion (layən)- şir
İndi isə heyvanları adları ilə birləşdirin və heyvan adlarını krossvordun boş xanalarına yazın.
Sona daha maraqlı iş qaldı. Rəsmdəki heyvan adlarını öyrənək:
donkey (donki)- uzunqulaq
goat (gout)- keçi
pig (piq)- donuz
horse (hos)- at
cow (kau)- inək
Heyvan adlarını öyrəndikdən sonra, övladınızdan sol və sağ rətəfdəki heyvan başları ilə bədənlərini xəttlərlə birləşdirməyi xahiş edin.
Bir əlavəm də var. Övladınız bilmədiyi digər heyvan adları və oxunuşunu video vasitəsi ilə öyrənə bilər.