Qadin.NET / Rəsm çəkməyi öyrənək-5

Rəsm çəkməyi öyrənək-5

Bütün uşaqların rəsm çəkməyə istedadı ola bilməz. Ancaq bir cox uşağın sadə rəsm çəkmək bacarığı olur. Sadəcə, onlara yaxşı çəkə bilmək üçün bir qədər təkan vermək lazım gəlir. Bu işdə valideynlərin köməyi çox vacibdir. Rəsm çəkmək üçün olan xüsusi üsullardan istifadə etməklə uşaqlarınızın bu bacarığı inkişaf etdirməsinə kömək edə bilərsiniz.

Uşaqlarınız nə qədər pis rəsm çəksə də icazə verin çəksin.  Çünki siz uşaqlarınızın çəkdiyi rəsmlərlə uşağınızın daxili dünyasını öyrənmək şansı əldə edə, psixoloji durumunu asanlıqla müəyyən edə bilərsiz. 

Bunlar üçün bəzi nümunələri sizə göstərə bilərik.

Əgər uşaq kağızın hamısından istifadə etmirsə, boşluqlar çox qoyursa, yarımçıq şəkillər və kiçik fiqurlar çəkərək kağızın yalnız bir hissəsindən istifadə edirsə, insan fiqurları çəkərkən əl və ayaqlarını çəkmirsə, deməli problem var. Etibarsızlıq bu problemin başında gəlir. Ünsiyyət əksikliyi, eqoizim, ətrafla uyğunlaşmada yaşanan çətinliklər uşağın bu cür rəsimlər çəkməsinə səbəb olur. Hətta bu cür uşaqlar kəsik-kəsik, tamamlanmamiş xətlərdən istifadə edərərk rəsm çəkir. 

Hiperaktiv uşaqlar rəngli, qarma-qarışıq, böyük həcmli rəsmlər çəkir və çox vaxt yarımçıq qoyurlar.

Məktəb və yaxud bağça fobiyası olan uşaqlar əsasən ailəsini çəkir və məktəb, şagird rəsmləri çəkməkdən daim imtina edirlər. Ev və evdə xoşbəxt uşaq rəsmləri çəkirlər. 

Ailəvi rəsmlər çəkərkən əgər uşaq ailədə hamının rəsmini çəkib birnin rəsmini çəkmirsə və yaxud hamını əl-ələ, ancaq bir nəfəri uzaqda çəkirsə, bu, ailədə olan hansısa problemin nəticəsidir.

 

Rəsm çəkməyi öyrənək-5
Rəsm çəkməyi öyrənək-5
Rəsm çəkməyi öyrənək-5
Rəsm çəkməyi öyrənək-5
Rəsm çəkməyi öyrənək-5
Rəsm çəkməyi öyrənək-5
Rəsm çəkməyi öyrənək-5
Rəsm çəkməyi öyrənək-5
Rəsm çəkməyi öyrənək-5
Rəsm çəkməyi öyrənək-5
Rəsm çəkməyi öyrənək-5
Rəsm çəkməyi öyrənək-5
Rəsm çəkməyi öyrənək-5
Rəsm çəkməyi öyrənək-5

17 mart 2013
GO BACK