Rəngli kağız və həndəsi fiqurlardan istifadə edərək yeniliklər yaradaq.
Bizə rəngli kağızlar, qayçı, kağız yapışqanı, yapışdıra biləcəyimiz təmiz ağ kardon, karandaş və müxtəlif fiqurlar olan xətkeş lazım olacaq.
Bir də valideynlərədən artıq dərcədə xahiş edirəm ki, icazə verin uşaqlarınız özü çəkib, özü kəssin və özü yapışdırsın.
Siz sadəcə, istiqamət verin. Uşaqlarınızın əl qabiliyyətini kölgələməyin. Unutmayaq: heç bir uşaq səhv etməsə, düzü öyrənə bilməz.
Əziz valideynlər, sizə bir neçə nümünə hazırladım. Siz balanızın fantaziyalarını da bura qata bilərsiniz. Burada mən sizə yalnız həndəsi fiqurladan istifadə edərək rəsmlər hazırladım. Siz bunları hazır satılan fiqurlarla da edə bilərsiniz.