Qadin.NET / Uşaqlarınıza ingilis dilini öyrətməyə hazırsınızmı?

Uşaqlarınıza ingilis dilini öyrətməyə hazırsınızmı?

 

 

Əziz istifadəçilərimiz, bildiyiniz kimi, artıq çox məktəbdə birinci sinifdən başlayaraq ingilis dili tədris edilir. Övladınızı məktəbə hazırlayarkən ona Azərbaycan dilində hərfləri yazıb-oxumağı, saymağı və bir sıra başqa məlumatları öyrədirsiniz. İndi də gəlin onların ingiliscə öyrənməsinə kömək edək. Yağmur damlası adlı isdifadəçimizin xahişi ilə uşaqların məktəbəqədər təhsili kimi bu ingiliscə xəbərə başladım, ilk öncə hərfləri yazmağa kömək edək:

 

Uşaqlarınıza ingilis dilini öyrətməyə hazırsınızmı?

Yadda saxlamaq lazımdır ki, kiçik yaşlı uşaqlar tez yorulur, ona görə də bəzən onları  öyrədərkən əyləndirici xarakterli oyunlar və mahnılardan da istifadə etmək lazımdır. Hərfləri yazmağı öyrətdikdən sonra, ona "Əlifba" mahnısını (ABC song) öyrədə bilərsiniz. Həm də ingiliscə məlumatı olmayan evdar analarımız bu mahnıda hərflərin oxunuşuna da nəzər yetirə bilərlər.

Hərfləri öyrətdikdən sonra hər hərfə uyğun bir-iki söz öyərdin ki, hərfləri o sözlərə görə daha yaxşı yadda saxlasın.
Uşaqlarınıza ingilis dilini öyrətməyə hazırsınızmı?
Düşünməyin ki, mənim sizə təqdim etdiyim sözlər çətindir, əsla yox! Mən bu sözləri dörd yaşlı uşağa öyrətmişəm. Bəlkə də bəzi sözləri ilk anda yadda saxlamaya bilər, ancaq tez-tez işlədin, beləcə hafizəsinə həkk olunacaq. Beləliklə, bu cədvəldəki sözlərin oxunuşunu və mənasını bir daha təkrarlayaq:

apple (əpl)- alma

bag (bəg)- çanta

earth (ös)- yer

flowers (flavəs)- güllər

ice-cream (ays-krim)- dondurma

juice (cus)- şirə

car (ka)- maşın

dress (dres)-don

gift (gift) - hədiyyə

house (haus)- ev

key (ki)- açar

lamp (ləmp)- lampa

motorcycle (motosaykl)- motosikl

nuts (nats)- qoz, fındıq

quilt- (kvilt)- yorğan

rucksack (raksək)- bel çantası

umbrella (ambrelə)- çətir

vase (vaz)- vaza

orange (orinc)- portağal, narıncı rəng

pen (pen)- qələm

scissors (sizəz)- qayçı

telephone (telifoun) - telefon

watch (voç)- qol saatı

xylophone (zailəfoun)-  ksilofon (musiqi aləti)

yacht (yot)- yaxta (motorlu, yaxud yelkənli yüngül gəmi, qayıq)

zipper (zipə) -  zəncirbənd

İndi isə sıra rəqəmləri öyrənməyə gəldi.
  Rəsmdə  rəqəmlərin yazılışına baxın, oxunuşları isə sıra ilə belə olacaq: van, tu, sri, fo, fayv, siks, sevn, eyt, nayn, ten, ilevn, tuvelv, sötin, fotin, fiftin, sikstin, sevntin, eytin, nayntin, tuventi. Videonu izləyib rəqəmləri birlikdə təkrar edin:

Bu isə sıra ilə həftənin günləridir. Uşaqlar bunu çox sevir. Mənim tələbəm bunu sıra ilə sayanda mahnı kimi oxuyurdu feel Oxunuşları isə belədir: Mandi, Tyuzdi, Venizdi, Sözdi, Fraydi, Sətədi, Sandi. Videoya baxın:

Növbədə fəsillərin adlarını öyrənmək var. 
Oxunuşları  və mənası belə olacaq: winter (vintə)- qış, spring (sprinq)- yaz, summer (samə)-yay, autumn (otəm)- payız. Qeyd: Amerikalılar payıza fall (fol) deyir. Buyurun baxın :

Bəs rəngləri necə öyrədəcəksiniz?
Uşaqlarınıza ingilis dilini öyrətməyə hazırsınızmı?
Buyurun rəsmə baxın. Rənglərin çoxu yazılıb, mənasını da biləcəksiniz. Sadəcə, sizə düzgün tələffüz etmək qalır. Diqqətli olaq:  grin, yelou, pöpl, grey, red, orinc, braun, vayt, blək, pink, blu. Buyurun videonu izləyin:

Sonda isə meyvələrdən bəzilərini öyrədin. Şəkillər vasitəsi ilə övladınız bunları yaxşı xatırlayacaq. Öyrəndikdən sonra şəkildə həmin meyvənin adını örtün və ancaq şəkili göstərərək onun nə olduğunu soruşun.
Uşaqlarınıza ingilis dilini öyrətməyə hazırsınızmı?
Oxunuşlarını da unutmayın: paynəpl, bluberis, əpls, piç, orinc, peə, stroberi, qreyps, bənanəs, kivi, çerris, votəmelən. Videodan başqa meyvə adlarını da öyrədə bilərsiniz.

Hələlik bu qədər. Əgər bu xəbəri bəyəndinizsə, xəbərin növbəti dərcini gözləyin feel

19 yanvar 2013
GO BACK