Qadin.NET / Övladlarınızla əyləncəli oyunlar

Övladlarınızla əyləncəli oyunlar

Musiqi ilə tullanma oyunu 

Ailəliklə  oynaya biləcəyiniz bu oyunda, oyunçular musiqi çalarkən tullanırlar. Musiqi dayandığında yerə oturub bardaş qurarlar. Bardaş qurmada sona qalan oyunçu oyundan çıxar. Təbii sizin uşağınıza yol göstərici olmanız, onun sürətinə uyğunlaşmanız lazımdır. Bu oyunu rəfiqələrinizin uşaqlarıyla öz uşağınız bir yerdə olarkən  etmək daha əyləncəli olar. 

Şpilka oyunu 

Rəngli şpilkaları rənglərinə görə çoxluqlara ayırın. Hər bir çoxluqdan bir dənə götürüb uşağınıza verin. Ondan, əlindəki paltar şpilkaları aid olduğu rəng tipinin yanına qoymasını istəyin. Təbii bu əsnada rənglərin adlarını hər dəfə təkrarlamanız, öyrənməsi baxımından faydalı olacaq. 

Oyuncaq gizlətmə 

Oyuncaqları şkafda gizlədin, amma şkafın harasında gizlətdiyinizi göstərməyin. "Gəl, indi oyuncaqları tapaq" deyə onu oyuna daxil edin. O axtararkən rəfin üzərində tapa bilmədisə, "Rəfin üzərində deyilmiş demək" kimi təkrarlarla, alt-üst, var-yox kimi zidd anlayışları öyrənməsini təmin edə bilərsiniz

Övladlarınızla əyləncəli oyunlar

Heyvan səsləri oyunu 

Oyuncaq heyvanların hamısını bir paketə qoyun. Sonra uşağınızdan torbadan bir dənə oyuncaq çıxartmasını istəyin. Götürdüyü heyvanın adını və hansı səsi çıxardığını birlikdə təkrarlayın. Eyni şəkildə heyvan səsləri sahəsində oynaya biləcəyiniz bir oyun daha var; bu da görərək deyil, eşidərək tapmağa aiddir. Bunun üçün heyvan səslərini audio kasete yazmaq lazımdır. Daha sonra ona dinlətdiyiniz heyvan səsinin hansı heyvana aid olduğunu tapmasını xahiş edin. 

Aşbaz  köməkçisi oyunu 

Uşağınızın sizə mətbəxdə kömək etməsini istəyin. Hazır pudinq, fıstıqlı, əzməli buterbrodlar, ya da dondurulmuş meyvə şirəsi uşağınızın qarışdırma, sürmə və tökmə əməliyyatları əsnasında sizə köməkçi olması üçün son dərəcə əlverişlidir. Ona yemək reseptini, ya da istifadə təlimatlarını göstərin və bunları oxuyarkən sözləri barmağınızla işarə edin. İzləniləcək sıranı əvvəldən və əməliyyat əsnasında danışaraq ("Əvvəl bu südü tökəcəyik…") şəkildə ifadə edin.

Tərs çevrilmiş bir karton qutudan bir məktub qutusu edərək "poçtalyonçuluq" oynamaq. Qutunun üstündə zərfləri, ya da plomb torbalarını qoymağa əlverişli bir yarıq açın. Uşağınıza ailəsinə və yoldaşlarına məktub "yazma"ğı və bunları "məktub qutusu"na atmağı öyrədin. Əsl bir məktub qutusuna atmaq üçün sizə bir məktub yazdırması üsulunu da yoxlayın.

 

Uşağınızın ən xoşladığı hekayəni canlandırmaq. Uşağınızın əl altında olan hekayə kitabını yüksək səslə oxuyun. Evdə tapdığınız aksesuarları istifadə edərək birlikdə hekayəni canlandırın. Uşağınızın bu hekayədə keçən sözlərin bir çoxunu xatırlaması sizi çaşdıra bilər! "Əsl" hekayədəki hadisələr silsiləsinə möhkəmcə bağlı qalıb- qalmadığını anlamaq baxımından canlandırmada onun əsas olmasını təmin edin. 

"Edəcəyimiz işlər" cədvəli hazırlamaq. 

  Uşağınızdan səhər və axşam nələr edəcəyini (ya da etməsi lazım olduğunu) izah etməsini istəyin. Bunları yazın. Öz başına cədvəli "oxuması" üçün şəkillər əlavə etmək üsulunu da yoxlayın. Bu prosesdə izlənilən sıranı və bəzilərini digərlərindən əvvəl ya da sonra edin (msələn yeməkdən sonra dişləri fırçalalamanın) səbəblərini danışın. Bu, uşağınızın bir günündə baş verən hadisələr arasındakı məntiqi əlaqələri anlamasına köməkçi olar.

 

Bir parad edin! Bir marş musiqisini çalın və uşağınızı çiyninizdə daşıyaraq evin içində hərəkət edin. Daha sonra onu yerə endirin və parada rəhbərlik etməsinə fürsət verin.

 Başqa bir yetkin insanla birlikdə bir şalı ya da mini bir yaylığı uşağınızın başının yuxarısında tutun. Uşağınız ayaqüstə dayanarkən, ya da oturarkən, bunu yumşaqca qaldırıb endirin. Bir mahnı oxuyarkən, şalı yuxarıda tutaraq bir dairəvi şəkildə gedin.

 

Uşağınızın problem həll etmə və "qalxma və enmə" anlayışını ayırmaq bacarığını inkişaf etdirmək üçün aşağıdakı fəaliyyətləri təcrübədən keçirin: 

 "Qalxma və en" oyunu. 

  Uşağınızla aranızda məsafə saxlayın və bu məsafədə  onun üstünə çıxıb-enə biləcəyi fərqli ölçülərdə taburetlər, alçaq bir dözümlü nərdivan, alçaq bir masa, bir divan döşəyi kimi dəyişik şeyləri sırayla düzün. Diqqətli bir nəzarət altında, uşağınızın bu parçaları dırmaşaraq aşması işini təmin edin. Bu məşğuliyyət əsnasında "qalx" və "en" istiqamətləndirmə sözlərini istifadə edin. 

Bir xəzinə gizlətmə

  Uşağınızın oyun sahəsində xüsusi bir obyekti gizlədin. Baxaq, tapa biləcəkmi? Əvvəl, göz qarşısında olan bir yerdə gizlədin. Uşağınızın problem həll etmə bacarıqları daha yüksək səviyyəyə çıxdıqca, xəzinə ovunun çətinliyini yavaş yavaş artırın! 

Övladlarınızla əyləncəli oyunlar

Aşağıdakı fikirləri uşağınızın problem həll etmə qabiliyyətini inkişaf etdirmək üçün təcrübədən keçirdə bilərsiniz:

Böyük bir qabın içini düyü, ya da digər dənli ərzaqla doldurun. Uşağınıza qaşıq və qablar  verərək ərzağı bunun içinə doldurmasını istəyin. Bu fəaliyyət əl və göz koordinasiyası aid ediləcək çox gözəl bir məşqdir.

 İçinə yerləşə biləcəksənmi? oyunu. 

 Bir neçə dənə böyük karton qutu tapın. Bir qismi uşağınızın sığa bilməyəcəyi qədər kiçik, bir neçəsi də sığacağı qədər böyük olsun. Uşağınız qutuya girərkən "Baxaq sığacaqsanmı?" deyərək sahəni fərqləndirmək qabiliyyətinin inkişafını təmin edə bilərsiniz. 

 "Yuxarı, aşağı" oynayın.  

  Onun sizə yuxarı tullan, aşağı tullan deməsini təmin edin. Sonra siz ona söyləyin. Düz dayan ya da diz çök, yavaş get, sürətli qaç kimi… Bu fəaliyyətlər uşağınızın inkişaf edən dil bacarığına köməkçi olar.

 

26 iyul 2012
GO BACK