Tapmaca 1
Hansı halda 3 baba, 2 nənə, 4 nəvə, 3 pişik, 7 siçan bir çətirin altına yığıldıqda islanmazlar?
Cavab-Yağış kəsdikdə
Tapmaca2
Yağışlı bir gündə villanın sahibi öldürülür. Polis evdə hər kəsi sorğu-sual edir.
Xidmətçi :
-Mən Uşağa baxırdım, deyir
Bağban:
-Mən çiçəkləri sulayırdım, deyir
Aşbaz:
-Mən yemək hazırlayırdım, deyir.
Sizcə kim öldürüb?
Cavab -bağban. Yağışlı havada gül sulayarlar?
Tapmaca 3
İki şəxs çaya yaxınlaşır. Çayın sahilində qayıq var və o yalnız 1 şəxsi daşımaq iqtidarındadır. Hər iki şəxs qayığa minərək çayın digər sahilinə keçir. Necə?
Cavab- Onlar fərqli sahillərdə idilər.