Qadin.NET / Uşaqlara xarici dil öyrətmək üçün 4 tövsiyə

Uşaqlara xarici dil öyrətmək üçün 4 tövsiyə

Hədəf müəyyənləşdirin

Uşaqlıq yaşları xarici dil öyrənmək üçün ən uyğun dövrdür. Bu dövrdə hədəf müəyyənləşdirmək uşaqlarınızın gələcəyi üçün yaxşı olacaq. Övladınızın xarici dil inkişafı üçün hədəf müəyyənləşdirin. Hədəf qoymadan, dağınıq bir formada xarici dilə sahib olmağın mümkün olmadığının fərqində olun. 

Hər gün 1 kəlimə

Hər gün uşağa öyrədəcəyiniz 1 yeni kəlimənin ayda 30, ildə isə 365dən çox yeni kəlimə öyrənmiş olacaq. Övladınız yeni kəlimə öyrənəndə, o kəlimənin ingiliscəsini də öyrədin. 

Şərait yaradın

Övladınızın xarici dillə təmasda olacağı şərait yaradın. Televizor izlədiyi saatlarda hansı dili öyrətmək istəyirsinizsə, o dildə verlişlər və ya kanalları açın. Xarici dillə təmasını artırın.

Səbrli olun və təkrar edin

Dil öyrənərkən təkrar çox vacibdir. Xarici dil öyrənməyin vaxt aparması təbiidir. Övladınızın motivasiyasını itirəcəyi və xarici dil öyrənməyə ara verəcəyi vaxtlar olacaqdır. Bu dövrlərdə səbrli olun. 

6 avqust 2020
GO BACK