Nağılların uşağın inkişafında çox əhəmiyyətli və qiymətli fəaliyyətləri vardır. Nağıl danışılarkən bir tərəfdən izah edən adam ilə uşaq arasında ünsiyyət qurularkən, digər tərəfdən də uşağın bütün zehni fəaliyyətləri hərəkətə keçər. Oxuduğu və ya dinlədiyi nağıllardakı simvollar haqqında xəyallar quran uşaq hadisələrin inkişafına görə yaxşını və pisi, doğrunu və yanlışı ayırd etməyi öyrənər. Ümumiyyətlə qız uşaqları qız, oğlan uşaqları isə oğlan xarakterlərini cəmləşdirərək irəlidəki şəxsiyyətlərinin təməllərini atarlar. Təxminən 4-5 yaşına çatmış uşaqlar nağıllarda izah edilən bir çox hadisənin əslində doğru olmadığını bilirlər.
Nağıllara başlarkən deyilən və "Biri varmış Biri yoxmuş "deyə başlanılan cümlələrin məqsədi də uşaqlara bu mesajı verməkdir. Bununla yanaşı nağılı izah edən adamın da uşağa zaman-zaman fövqəladə hadisələrin yalnız nağıllarda olacağını söyləmələrində fayda vardır.
Nağıllar hər zaman yaxşı olanların qalib gəldiyi, səbirli olanların mütləq məqsədlərinə çatdıqları, edilən yaxşılıqların qarşılıqsız qalmayacağı, zəkanın çox zaman bədən gücündən üstün olduğu, sevginin bir çox şeydən daha qiymətli olduğu, yoldaşlığın çox əhəmiyyətli olduğu, əl-ələ vermənin və birlik içində olmanın hər zaman daha çox uğurlar gətirdiyi, heç bir zaman ümidsizliyə qapılmamaq lazım olduğu və əlimizdən gələni etdiyimiz təqdirdə müvəffəqiyyətin bizi onsuz da tapacağı mesajlarını verirlər.
Ümumiyyətlə nağıllarda bütün cəmiyyətləri maraqlandıran ortaq ünsürlər olsa da ,nağıllar içindən çıxdıqları cəmiyyətin dəyər, tutum və davranışlarını əks etdirir. Bu səbəblə uşaqlarımızın əvvəlcə öz nağıllarımızı oxumasını, digər mədəniyyətlərə aid nağıllarında yaxşı bir araşdırmadan sonra uşaqlarımıza oxunması faydalı olacaqdır.
Hal-hazırda sıx işləmək səbəbiylə ana-atalar uşaqlarına nağıl oxumaq üçün vaxt tapa bilməmələrini hər zaman dilə gətirirlər. Ayrıca cizgi filmlərinin və serialların həyatımıza girməsiylə birlikdə uşaqlar nağıl oxumaq yerinə bu tip proqramlara baxmağa üstünlük verir. Üstəlik uşaqların bəzən özlərinə aid kino və proqramlara baxması, ya şiddət ehtiva edən və doğru mesajlar verməyən çizgi filmləri izləmələri hələ şəxsiyyətlərinin yeni inkişaf etməkdə olan bu uşaqların səhv yönləndirilmə problemini gündəmə gətirməkdədir.
Ailələr, uşağın gündəlik həyatı içində vizual və yazılı media ilə qarşı-qarşıya gəldiyi müvəffəqiyyətli iş adamları və siyasətçilər haqqında da müsbət mesajlar ehtiva edən və uşağa yaxşını, doğrunu, çalışqan olmanın və çətinliklər qarşısında əsla qorxmadan əlimizdən gələnin ən yaxşısının edilməsi vacibliyini göstərən nümunə hekayələr izah edə bilərlər. Bu şəkildə uşaq ətrafında olub bitənlərdən ən müsbət şəkildə dərs alacaq, mənfiliklərdən isə çox az təsirlənəcəkdir.

XƏBƏR LENTİ
Bunları sosial media hesablarınızda paylaşmayın!
Kərə yağının təbii olduğunu müəyyən etməyin 10 yolu
Necə edək ki, öyrəndiklərimizi unutmayaq? - 4 məsləhət
Üzdəki tükləri tökən maska
Tavada "Lahmacun" (video-resept)
Boyunuza görə ideal kilo necə hesablanır?
Şorqoğal (foto resept)
Səməni, nə vaxt cücərdim səni?
Beynəlxalq qadınlar günü dünyada...
İlham Əliyev: “Azərbaycan xalqı əsrlərboyu azadlıq, müstəqillik eşqi ilə yaşayıb”
İlham Əliyev: “Cıdır düzündə toy-bayram olacaq” - VİDEO
Koronavirusun qorxunc təsiri
Prezident Cıdır düzündə çay içib - VİDEO
ANAMA ləğv edildi
Ərdoğan peyvənddən sonra özünü necə hiss etdiyindən danışdı
Azərbaycanda vaksinasiya prosesi necə həyata keçiriləcək? - AÇIQLAMA
Azərbaycanda daha 12 nəfər koronavirusdan öldü: 349 yeni yoluxma
Ali Baş Komandan: “Müharibəyə hazırlaşırdıq və bunu gizlətmirdik”
Prezident: “Bütün şəhid ailələrinə dövlət tərəfindən mənzillər, evlər veriləcək”
Hərbi geyimdən qanunsuz istifadə edənlər nə qədər cərimələnəcək? - RƏSMİ
Azərbaycanda vaksinasiyanın başlayacağı vaxt AÇIQLANDI
“Jurnalistlər binası”ndakı bəzi mənzillər hazırkı sahiblərindən geri alına bilər - AÇIQLAMA
"Aristokrat" salatı (video-resept)
Qubadlı rayonunun Xanlıq kəndində FHN-in yerli strukturu fəaliyyətə başlayıb
Cəbrayılın Böyük Mərcanlı kəndindən görüntülər - VİDEO

- ŞƏRHLƏR