Maye qəbulunu artırın
Yay aylarında körpəsinə süd verən anaların gündə 3,5-3 litr su içməsi şərtdir. Bu ananın südünü artırmaq baxımından da çox vacibdir. Su, süd, şəkərsiz limonad, ayran kimi içkilərdən də içə bilərsiniz.
Hər gün tərəvəzlə qidalanın
Zəngin vitamin və mineral tərkibli, yaşıl yarpaqlı tərəvəzlər ananın bədəni dəstəkləyir, süd istehsalını artırır, həm də əmizdirmə yolu ilə körpənin immunitetini gücləndirir. Sağlam arıqlamağa kömək edir.
Çəki atan çaylardan uzaq olun
Arıqlamğı vəd edən dərman və çaylardan uzaq olun. Südünüzlə körpənizin inkişafını ləngidə bilərsiniz. Belə məhsullardan uzaq olun.
Arıqlamaq üçün tələsməyin
Süd vermə dövründə, hamiləlik dövründəki kimi diqqətlə qidalanmalısınız. Arıqlamaq üçün tələsməyin, körpənin sağlamlığı vacibdir.