Qadin.NET / Təbii doğuşun faydası

Təbii doğuşun faydası

 

Təbii doğuşun faydaları:

- Təbii doğuşdan bədən əvvəlki halına daha tez qayıdar, nəinki əməliyyatla olan doğuşda. 

 

- Təbii doğuşdan sonra asanlıqla uşağı qucağınıza götürə və əmizdirə bilərsiniz. Körpənizlə asanlıq bağ qura bilərsiniz. 

Təbii doğuşun faydası

- Təbii doğuş zamanı körpənin ağciyərlərindəki mayenin böyük hissəsi təzyiqə məruz qaldığı üçün boşalır. Qeysəriyyə əməliyyatında bu hal olmadığı üçün körpələrdə daha çox tənəffüs problemlərinə rastlanır. 

 

- Doğuş əsnasında, doğuş dövrlərinə görə ağrının şiddəti, müddəti dəyişir. Doğuş ağrısı, insanın hiss edə biləcəyi ağrıların ən şiddətlisidir, amma bundan əlavə ən sürətli unudulandır. Ağrı doğuşun başladığını göstərən bioloji işarədir.

 

Səbəbsiz edilən qeysəriyyə əməliyatının da fəsadları var. Gəlin görək əsasən nə zaman qeysəriyyə əməliyyatı vacibdir:

Təbii doğuşun faydası

1. Çanaq dar olduğu zaman;

 

2. Uşaqlıq yolu dar olan zaman;

 

3. Çanaqda sümük şişləri müşahidə olunarsa;

 

4. Yumurtalığın həddən artıq şişməsi müəyyən olunarsa;

 

5. Uşaqlıq yolunda hər hansı bir xəstəlik olarsa;

 

6. Ciftin dölün boynuna 2 və ya daha artıq dolanması müşahidə olunarsa;

 

7. Ciftin vaxtından əvvəl qopması müşahidə olunarsa;

 

8. Doğuş zamanı ananı hər hansı təhlükə gözləyirsə;

 

9. Dölün köndələn vəziyyəti zamanı;

 

10. Gözü zəif olan qadınlara keysəriyyə əməliyyatı məsləhət edilir.

 

3 aprel 2019
GO BACK