Qadin.NET / Südvermə dövründə necə qidalanmaq lazımdır?

Südvermə dövründə necə qidalanmaq lazımdır?

Südvermə dövründə necə qidalanmaq lazımdır?

Əmizdirən analar həm özləri, həm də körpələri üçün balanslı qidalanmalıdırlar.

Əmizdirmə dövründə anaların nizamlı bəslənməsi həm ana, həm də körpənin sağlamlığı baxımından böyük əhəmiyyət daşıyır. Bu dövrdə anaların necə qidalanması lazım olduğunu bu xəbərimizdə izah edəcəyik.

Ana körpəsini qucağına aldıqdan sonra fikri körpəsinin baxımı və sağlam böyümə mövzularına qarışdığı üçün, öz qidalanması ilə əlaqədar mövzuları hamiləliyində olduğu qədər izləyə bilməz. Ancaq körpə ilk aylarda yalnız ana südü ilə qidalanacaq  və ehtiyac duyduğu bütün qidaları ana südündən alacaqdır. Ana südünün üstün qidalayıcı xüsusiyyətlərinin yanında olan qoruyucu maddələr körpənin sağlamlığı üçün çox əhəmiyyətlidir.

Gündə 750 kalori lazımdır

Süd artımı üçün lazımlı qidalar ananın qidalanmasına əlavə olunmalıdır. Əmizdirən qadının süddəki enerjinin əhəmiyyətli bir qisimi yediklərindən təmin edilər. Aldığınız bütün enerji tam olaraq süd enerjisinə çevrilməz, qidalanmadan alınan enerjinin 80% -i süd enerjisinə çevrilir. Sağlam bir ana gündə təxminən 800 ml süd artırır. Bunun üçün gündə 750 kalori əlavə olunur. Bunun 500 kalorisi qidalarla alınarkən, 250 kalorisi hamiləlikdə qazanılan depolardan qarşılanır.

Südvermə dövründə necə qidalanmaq lazımdır?

Əmizdirmə dövründə qidalanma

* Körpənizi kifayət qədər qidalandırmaq k üçün öz qidalanmanıza diqqət göstərin.

* Zülal ehtiyacını qarşılamaq üçün gündəlik yeməyinizə əlavə olaraq 1 yumurta və ya 1-2 stəkan süd istehlak etməniz uyğundur.

* Normal qidalanmanıza əlavə olaraq 10-12 stəkan qədər maye əlavə (süd, ayran, kompot, şorba) edin.

* Əmizdirmə dövründə bəzi vitaminlərlə, dəmir və kalsium çatışmazlığı tez görülməkdədir. Bu səbəblərlə B vitaminləri, A, C, E və D vitaminləri ilə dəmir və kalsium dəstəyi edilməsi lazımdır.

Kalsium cəhətdən zəngin süd, qatıq və pendir nizamlı olaraq istehlak edin.

* Kalbasa, sosiska kimi qatqı maddə tərkibli hazır qidaları qəbul etməyin.

* Yeməklərlə birlikdə çay içilməsi qan azlığına səbəb ola bilər; açıq və limonlu çay yalnız ara paylarda qəbul edin; cökə, nanə, itburnu çayı kimi içkilər seçilməlidir.

* Ağ şəkər yerinə bəhməz istehlakı seçilməlidir.

* Hamiləlik müddətin tərəfindən əldə etdiyiniz balanslı qidalanma  vərdişini qoruyun.

* Köhnə bədən ağırlığınıza dönmək üçün tələsməyin, körpənizi əmizdirirsinizsə,  6 ya da 12 ay içində köhnə formanıza dönə bilərsiniz.

Südvermə dövründə necə qidalanmaq lazımdır?

Səhər yemıyi

* 1 su stəkanı süd (şəkərli və kalsiumla zənginləşdirilmiş)

* 1 yumurta və ya 1 kibrit qutusu qədər ağ pendir (30 qram)

* 5 ədəd zeytun

* 1-2 dilim çörək

* 1 yemək qaşığı bəkməz və ya bal və ya cem

* 1 ədəd meyvə, 1 kök və ya pomidor

Nahar yeməyi.

* 1 boşqab qiyməlı tərəvəz yeməyi (tərəvəzli ət, toyuq, balıq)

* 1 boşqab (4 yemək qaşığı) plov və ya makaron

* 1 kasa qatıq və ya ayran

* 1 dilim çörək

*Salat

Südvermə dövründə necə qidalanmaq lazımdır?

Ara pay

* 1 kibrit qutusu qədər ağ pendir

* 1 dilim çörək

* Pomidor və ya meyvə

Şam yeməyi.

* Şorba (mərcimək, tərəvəz və ya qatıqlı şorba)

* 60 qram ət (balıq, toyuq) və ya qiyməlı tərəvəz yeməyi

* 1 boşqab zeytunyağlı tərəvəz yeməyi

* 1 dilim çörək

* Salat

* 1 kasa qatıq və ya 1 stəkan süd

26 iyun 2015
GO BACK