Gecələr yuxusuzluqdan əziyyət çəkən gənc analar bəzən belə düşünür ki, körpə sanki bilərəkdən valideynlərinin rahat yuxu almasına maneə olur. Məşhur bioloqun yeni nəzəriyyəsinə görə, analar belə düşünməkdə haqlıdır.
Harvard Universitetindən olan Devid Heyqin nəzəriyyəsinə əsasən, uşaqların gecələr daim oyanıb ağlaması təkamül taktikası ilə əlaqəlidir - ananın tez-tez oyanıb körpəni südlə qidalandırması fertilliyi (uşaqtörətmə qabiliyyəti) müəyyən qədər azaldır. Bu da qadınların yenidən hamilə qalması ehtimalını aşağı salır. Uşağın yaxın zamanda qardaş və ya bacısı, təkamül dili ilə desək, "həyat və qida ehtiyatlarında rəqibləri" doğulmasa, sağ qalmaq şansı kifayət qədər arta bilər.
Devid Heyq hesab edir ki, körpə, onu ana südü ilə qidalandırması üçün ananı tez-tez oyadaraq faktiki olaraq kontrasepsiya mexanizmini gücləndirir, bu da həyat və qida ehtiyatları uğrunda mübarizədə körpənin sağ qalmaq şansını artırır.
Qardaş və bacıların dünyaya gəlmələri arasında qısa fasilələr olması əsasən uşaq ölümlərinin yüksək olması ilə əlaqəlidir. Bu səbəbdən təkamül prosesində balaların sağ qalmaları üçün yeni mexanizm yaranmış ola bilər: ananın yatmasına maneə ol, davamlı ana südü tələb et - rəqiblərin olan qardaş və bacıların doğulmasın.
"Təbii seçmə nəticəsində körpələrdə davranış stereotipi meydana gəlib. Bunun sayəsində ana orqanizmində uşaqtörətmə funksiyaları zəifləyərək, balaların doğulması arasındaki fasilələrin uzanmasına gətirib çıxarıb", - Devid Heyq qeyd edir.
Alimin hesablamalarına əsasən, körpələr daha çox doğuşdan 6 ay sonra gecələr tez-tez oyanmağa meyllidirlər. Bu müddət isə ananın fertilliyinin yenidən bərpa olunması ilə üst-üstə düşür.
Həyatın təkamülü