Qadin.NET / Süd verən analar üçün

Süd verən analar üçün

Süd verən analar üçün
Hər bir səhiyyə təşkilatları anaları ana südü və əmizdirməyə təşviq etməkdədir. Bu mövzularda təhsil və məsləhətlər verilir, bu məqsədlərlə əmizdirmə otaqları və guşələri hazırlanmışdır. 
Hər təşkilatda dəstək və təhsil üçün ana südü və əmizdirmə mövzularında təhsilli səhiyyə personalları xidmət verməkdədir.
Sağlamlıq təşkilatlarının hamısında analar, ana namizədləri və ailələr öyrədilməkdədir. Hər hansı bir problem olduğunda onlara məsləhətlər verilir. Əhəmiyyətli olan əmizdirmənin ilk 6 ay ərzində tək qida qaynağı olaraq davam etdirilməsini təmin etməkdir. Ana südü və əmizdirmənin dəstəklənməsi ictimai olaraq da təmin edilməlidir, bu mövzuda hamımızın üzərinə müəyyən vəzifələr düşür.
Analar əmizdirmə və ana südü ilə əlaqədar haralardan kömək ala bilərlər?
Əmizdirmənin təbii bir hadisə olduğunun qəbul edilməsi, cəmiyyət içində ayıb və qınanılacaq bir hərəkət olmaqdan çıxarılması üçün uyğun yer və şərait təmin edilməli, hər yerdə əmizdirmənin vacib olduğunu, bütün cəmiyyətdə, açıq yerlərdə əmizdirmə üçün xüsusi hissələrin hazırlanması, cəmiyyətin birlikdə olduğu yerlərdə əvvəlcə insan və xüsusilə körpə sağlamlığının zərər görə biləcəyi hər şeydən bu məkanların təmizlənilməsi, ana sağlamlığı, körpə sağlamlığı və inkişafı üçün cəmiyyətə açıq məkanların insan sağlamlığına uyğun, təmiz, ventilyasiya və rahat olmasının təmin edilməsi son dərəcə əhəmiyyətli və gərəklidir.
Süd verən analar üçün
Ana südü necə artırılmalıdır?
Doğuş sonrası  bir çox anada başlanğıcda süd miqdarı qeyri-kafi olur. Bu narahat olunmaması lazım olan bir vəziyyətdir, çünki əmizdirmə artdıqca süd miqdarı da artacaq. Süd istehsalını artırdığı deyilən çox sayda qida tədqiq olsa da, heç birinin elmi nəticələri kafi deyil. Ana südünü artırmanın tək yolu, bol maye qəbul edərək körpəni tez-tez əmizdirməkdir. Bu xəbərdarlıq süd istehsalını artırmağa kifayətdir. Əmizdirmənin bir digər faydası da körpə döşün ucunu əmərkən beyindən atılan oksitosin adlı hormonun eyni zamanda uşaqlığın sıxılmasını təmin edərək hamiləlikdən əvvəlki vəziyyətinə dönməsini təmin edir və qanaxmanı dayandırır.
Yetərsiz süd deyə bir şey yoxdur. Kifayət qədər əmizdirməmək vardır. Buna görə də körpə kökəlmirsə, əvvəlcə əmizdirmə sıxlığı və müddəti yoxlanılmalıdır. Bir körpə kifayət qədər tez müddətdə və doğru şəkildə əmizdirilsə, buna baxmayaraq kifayət qədər çəki almırsa, ala bilməmə problemi varsa, körpəyə bəzi tədqiqlər edilərək altda yatan bir problem olub-olmadığı həkim tərəfindən qiymətləndirilərək lazımi müdaxilə edilməlidir.
22 avqust 2014
GO BACK