Qadin.NET / Analar üçün effektiv məşqlər

Analar üçün effektiv məşqlər

Hamiləlik və doğuşdan sonra qadının bədən quruluşu dəyişilir, yağ toxuması əmələ gəlir, əzələlər uzanıb sallanır. Sadə hərəkətlərlə bu xoşagəlməzliklərdən azad olub səliqəli və düz bir qarına sahib olmaq olar. 4 ayaq üzərində dayanın nəfəs verin, belinizi "pişiksayağı" yuxarı qaldırın, nəfəs alaraq qarınınızı içəriyə çəkin və 4 saniyə gözləyin. Hərəkəti 10-15 dəfə təkrar edin. 

 

Analar üçün effektiv məşqlər

 

Xalçanın üzərində oturun və əllərinizə arxaya qoyun, ayağınızın birini yuxarı qadırın. 4 saniyə gözləyib astaca əvvəlki hala qaytarın. Hərəkəti hər ayaq üçün 10-15 dəfə təkrar edin.
Yerdə uzanın əllərinizi yanlara açın. Ayaqlarınızı dizdən qatlayın və sinənizə doğru sıxın. Sonra dizlərinizi açmadan ayaqlarınızı şaquli qaldırın. Sonra ayaqlarınızı növbə ilə diziniz yerə dəymək şərti ilə yanlara qoyun. Hər tərəfdə 5-10 dəfə olmaqla təkrar edin.

 

Analar üçün effektiv məşqlər

 

Analar üçün effektiv məşqlər

 

Döşəməyə uzanın, əlləri bədən boyu qoyun, kürəyi yerə möhkəm dayayın. Çənəni sinəyə doğru sıxın, dizlərinizi sinəyə doğru sıxın və qayçı formsını verərək qarınınızın üstündə perpendikulyar saxlayın. Sonra yenidən dizlərinizi aralayaraq asta-asta döşəməyə qoyun. 

 

 

Diz üstə dayanın və əllərinizi belinizə qoyun. Sağ əlinizi yuxarı qaldırın və ona doğru dartının və nəfəs alın, nəfəs verərək gövdənizi sağa tərəf əyin. Hərəkəti 5 dəfə təkrar edin. Başlanğıc vəziyyəti alaraq hərəkəti son əllə təkrar edin.
Döşəmədə oturun, ayaqlarınızı açın, əllərinizi boyununuzun arxasına qoyun. Ayaqlarınızı birləşdirərək yuxarı qaldırın, dizlərinizi bükərək sinənizə yaxınlaşdırın. Gövdənizi və başınızı sağa tərəf çevirin. Elə edin ki, sağ dirsəyiniz sol dizinizə toxunsun. Hərəkəti digər tərəflə də təkrar edin.

 


 

 

 

Analar üçün effektiv məşqlər

 

 

15 yanvar 2016
GO BACK