Qadin.NET / Doğuşdan sonra edilən idman hərəkətləri

Doğuşdan sonra edilən idman hərəkətləri

Hamiləlikdən və doğuşdan sonra qadının bədən forması dəyişilir: qarında yağ təbəqəsi əmələ gəlir, əzələlər uzanır. Sadə məşqlər sizə əvvəlki formanızı qaytarmada kömək edə bilər.

Dərindən nəfəs alaraq hərəkət edin. Bu zaman qarın əzələləri dartılır.

Doğuşdan sonra edilən idman hərəkətləri

1. Ayaq üstə dayanın, dərindən nəfəs alın. Sonra bir az əyilin. Bu hərəkəti 5-10 dəfə təkrar edin.

2. Xalça üzərində oturun, arxadan əlləri üstə dayanın. Sağ ayağınızı yuxarı qaldırın. 4 dəfə sayıb ayağınızı yavaş-yavaş aşağı salın. Bu hərəkəti hər bir ayaq üçün 5-10 dəfə təkrar edin.
Doğuşdan sonra edilən idman hərəkətləri

3. Döşəmədə uzanıb əllərinizi və dizlərinizi qatlayın. Dizlərinizi sinənizə sıxın. Sonra ayaqlarınızı şaquli (dizlər bükük qalır) qaldırın. Bu hərəkəti hər bir istiqamətdə 5-10 dəfə təkrar edin.

4. Arxası üstə uzanın, əllərinizi yuxarı qaldırın. Belinizi döşəmənin üstünə sıxın. Ayaqlarınızla (barmaqların və ayağın altıyla) kitabı sıxın. Dizlərinizi və ayaqlarınızı qarnınıza tərəf sıxışdırın. Ayaqlarınızı bədəninizə perpendikulyar şəkildə qaldırın. Ayaqlarınızı hərəkət etdirərək havada  dairələr çəkin və tədricən onların radiusunu artırın.

Doğuşdan sonra edilən idman hərəkətləri

5. Bel üstə uzanın. Əllərinizi uzadın. Belinizi döşəməyə sıxın, sonra isə çənənizi sinənizə sıxın. Dizinizi də sinənizə sıxın. Ayaqlarınızı  yavaş-yavaş (perpendikulyar şəkildə) qayçı hərəkəti kimi düzəldin. Sonra dizinizi bükün və ehtiyatla aşağı salın.

6. Diz üstə durun. Əllərinizi ombanıza qoyun. Sağ əlinizi (başınızdan yuxarı) qaldırın. Əlinizlə birgə dartılın. Qarnınızı yığın və sol tərəfə əyilin. Başlanğıc vəziyyətə qayıdın. Sağ əlinizi qaldırın və sağ tərəfə hərəkətlər edin. Bu hərəkəti 3-5 dəfə təkrarlayın.
Doğuşdan sonra edilən idman hərəkətləri

7. Diz üstə durun. Əllərinizi tez-tez yan tərəfə hərəkət etdirin. Bu hərəkəti döşəməyə sağ tərəfi üstə uzanaraq edin və sonra da sol tərəfi üstə uzanaraq edin. Bu hərəkəti  5-10 dəfə edin.

Doğuşdan sonra edilən idman hərəkətləri

8. Yerdə oturun. Ayaqlarınızı uzadın. Əllərinizi başınıza qoyun. Ayaqlarınızı bükün və sinənizə sıxın. Bədəninizi və başınızı sol tərəfə elə çevirin ki, sağ dirsəkləriniz sol dizinizə dəysin. Bu hərəkəti digər istiqamətdə də təkrar edin.

16 yanvar 2016
GO BACK