Qadin.NET / Qeysəriyyə əməliyyatından sonra

Qeysəriyyə əməliyyatından sonra

Qeysəriyyə əməliyyatından sonra
Ana namizədləri qeysəriyyə əməliyyatından bir və ya iki gün sonra körpə ilə birlikdə xəstəxanadan çıxır. Bundan bir həftə sonra təkrar xəstəxanaya müayinəyə gəlir. Bu vaxt evdə keçirəcəyi bir həftə ərzində və sonrasında diqqət etməsi lazım olan bəzi məqamlar var: 
- Körpənizi tez-tez və hər istədiyində əmizdirin. "Qeysəriyyə əməliyyatı olanlarda süd dərhal gəlməz və ya az gələr" - fikri doğru deyil. Bu sizin əmizdirməyinizlə əlaqədar bir vəziyyətdir. Əmizdirmə körpə və ana baxımından çox əhəmiyyətli bir mövzudur. 
Qeysəriyyə əməliyyatından sonra
- Əməliyyatdan 3 gün sonra duş qəbulu və tikiş bölgəsinə su dəyməsinə icazə verilir, ancaq bu mövzu tikişinizin vəziyyətinə və həkiminizin təkliflərinə görə dəyişə bilər. 
- İstirahət və yatmağa vaxt ayırın. Bu dövr körpədən ötrü yorucu bir dövr olduğu üçün körpə yatan kimi siz də yatıb dincəlməlisiniz.
- Hər gün 20-30 dəqiqə təmiz havada gəzməyə çalışın. Bu hamiləlik sonrası bədəninizin köhnə halına dönməsinə, qarın-göbək şişliyinin düzəlməsinə faydalı olacaq. İlk həftələrdə təmiz havada gəzməkdən başqa ağır məşq və idmanlardan çəkinin.
Qeysəriyyə əməliyyatından sonra 
- Qeysəriyyə əməliyyatından sonra az miqdarda vaginal qanama olması normaldır. Bu bir ay ərzində azalaraq davam edir. Bunun üçün yalnız gigiyenik qadın bezləri istifadə edilməlidir, tampon istifadə edilməməlidir. Vagina içi əsla yuyulmamalıdır.
- Həkiminiz icazə versə, əməliyyatdan 4-6 həftə sonra cinsi fəaliyyətə başlaya bilərsiniz. 
- Nizamlı və sağlam bəslənməyə diqqət göstərməlisiniz. Bol su və mayeli qidalar istehlak etməlisiniz.
 Qeysəriyyə əməliyyatından sonra
- Çox miqdarda qanama, pis qoxulu vaginal axıntı, tikiş yerlərində açılma və ya axıntı, sinələrdə həddindən artıq ağrı və qızarma, ayaqlarda ani şişmə və qızartı görülməsi kimi vəziyyətlərdə dərhal həkimə müraciət edilməlidir. Heç bir şikayət olmasa belə, həkiminizin təyin etdiyi tarixdə mütləq müayinəyə getməlisiniz. Bu, əməliyyatdan 7-10 gün sonra olar. 
- Xəstəxanada olarkən həkimin məsləhət gördüyü dərmanları mütləq axsatmadan istifadə etməlisiniz.
20 yanvar 2016
GO BACK