Vaginoplastika (uşaqlıq yolunun plastikası) nədir?
Vaginoplastika vaginanın (uşaqlıq yolunun ) daralamsını və bərpa olunmasını təmin edən cərrahi əməliyyatdır. Əməliyyat zamanı artıq olan vaginal dəri çıxarılır, vaginanın ətrafındakı yumuşaq toxuma və əzələlər bərpa olunur – nəticədə vaginal yol daraldılır.
Doğum zamanı vagina və onun ətraf toxuması genişlənir. Doğum sonrası vagina daha normal bir vəziyyətə qayıdır, lakin heç bir vaxt doğumdan əvvəlki vəziyyətə qayıtmır. Doğum sayları artdıqca vaginadakı genişlənmə daha da artır. Vaginal genişlənmə ilə yanaşı vagina divarının selikli qişasının sallanması olur. Belə qadınlarda cinsi hissin azalması və cinsi həzzin zəifləməsi olur. Həmçinin cinsi yaxınlıq zamanı əks cinsində də problemlərin yaranmasına səbəb olur. Vaginoplastika əməliyyatı ilə vagina və vaginanın ətraf toxumanın daraldılması və doğumdan əvvəlkı vəziyyətin əldə olunmasına nail olunur.
Qadınlar nə üçün vaginoplastika əməliyyatını seçir?
Əksər qadın vaginoplastika əməliyatını vaginada yaranmış anormal hissiyyat “bollaşma” hissi səbəbi ilə istəyir. Qadınlar cinsi əlaqə zamanı azalan sürtünmə səbəb ilə daha az zövq aldıqlarını, daha çətin orqazmın yaranmasını bildirirlər. Vaginoplastika cinsi əlaqə zamanı sürtünməni artırır. Əməliyyat sanrası əlaqə zamanı hər iki cins dəyişikliyi hiss edir.
Vaginoplastika əməliyyatının riskləri vardırmı?
Hər bir cərrahi əməliyyatda olduğu kimi bu əməliyyat zamanı xəstədə qanaxma və infeksiya riski vardır. Qanaxma olarsa əməliyyat zamanı dayandırılır, infeksiya riski isə əməliyyat zamani və sonrasi təyin olunan antibiotiklə qarşısı alınır. Xəstədə normadan artıqda daralma ola bilər. Lakin normal keçən əməliyyat zamanı bu rast gəlinmir.
Vaginoplastika əməliyyatının müddəti nə qədərdir?
Vaginoplastika əməliyyatı vaginanın vəziyyətinə görə 1-1.5 saat davam edir.
Anesteziya necə aparılır?
Cərrahi əməliyyat həm yerli, həm də ümumi anesteziya ilə icra oluna bilir.
Əməliyyat sonrası dövr necə olur?
İlk 2 gün əməliyyat nahiyəsində yüngül agrı və rahatsızlıq olur. Əməliyyatdan sonra xəstəyə antibiotik və ağrıkəsici təyin olunur (5 gün). Tikiş üçün istifadə olunan saplar sorulan olduğu üçün xəstə tikiş sökdürmür.
Vaginoplastikadan neçə gün sonra işə qayıda bilərəm?
Əksər xəstə bir gün xətəxanada qalır və iki gün sonra isə işinə qayıda bilir. Bəzi xəstələtdə isə bu 5 gün çəkir.
Vaginoplastikadan sonrakı cinsi əlaqə
Əməliyyatdan 6 həftə sonra cinsi əlaqənin olmasına icazə verilir .