Qadin.NET / Doğuş sonrası depressiya

Doğuş sonrası depressiya


Doğuşdan sonra qadınların 70-85%-ində psixoloji problemlər baş verə bilir. Aparılan araşdırmalar hamiləlik və ana olma müddətinin təşviş halı kimi psixoloji problemlərə açıq dövr olduğunu göstərir. Bioloji və hormonal dəyişikliklər, bundan əlavə stress faktorları buna zəmin hazırlayır. Doğuşdan sonra kədər 3-cü və ya 4-cü gündə başlayıb, 2 gün ilə 1-2 həftə arasında davam edə bilər və özündən keçər. Yuxuda nizamsızlıq, ağlamaq, duyğulardan ani dəyişikliklər, kədər özünü göstərə bilər.

Doğuşdan sonra ilk 6 həftə çox vacibdir

Doğuşdan sonra depressiya haqqında məlumat verən Dr. Güngör Meydan, doğuşdan sonra depressiyanın adətən ilk 6 həftədə başladığını və 1 ilə qədər davam edə bildiyini dedi.

Doğuş sonra depressiya simptomları arasında yuxu və iştah dəyişiklikləri, ağlamaq, qərarsızlıq, uzun müddət davam edən kədər, dəyərsizlik duyğusu, enerji azlığı, körpəyə və yaxın ətrafa qəzəb, özünə və körpəyə qulluqda azalma, günahkarlıq duyğular var. Analar bu halı yorğunluqla əlaqələndirib körpəyə baxa bilmədikləri üçün özlərini günahkar hiss edirlər. 



14 iyul 2020
GO BACK