Qadin.NET / Doğuşdan sonra pəhriz: ideal ərzaqlar

Doğuşdan sonra pəhriz: ideal ərzaqlar

Doğuşdan sonra pəhriz planı
Qida dəyəri yüksək olan ərzaqlarla qidalanın. Uzun müddət tox hiss edəcəksiniz və enerjili olacaqsınız.

Bu sağlam qidalarla qidalana bilərsiniz:
- Meyvə və tərəvəzlər
- Kəpəkli taxıllar
- Balıq, ət və soya kimi yağsız protein
- Süd
- Göyərtilər
- Dəmir baxımından zəngin olan qidalar. 
- Keysəriyyə əməliyyatı olan analar üçün yaraları sağaldan, C vitamini ilə zəngin olan qidalar: portağal, pomidor və təbii meyvə şirələri

Pəhrizinizə sağlam çərəzləri əlavə edin.
- Fındıq
- 1 stəkan süd 
- Qaynadılmış yumurta
- Meyvə ilə ağ pendir
- Çiyələk ilə sadə yoqurt
- Alma
Pəhriz ac qalmaq deyil. Kifayət qədər qidalanmadıqda, enerjiniz azala bilər. Enerjinizi qorumaq üçün qida dəyəri yüksək olan ərzaqlara üstünlük verməlisiniz. Karbohidratlar, şəkər sizi daha yorğun hala salacaq. 
Yemək vərdişiniz enerjinizi qorumaqla yanaşı, formanıza geri qayıtmağınıza kömək etməlidir. Sağlam pəhriz hər tərəfli sizin üçün faydalıdır.
 
9 iyun 2020
GO BACK