Qadin.NET / Hamiləyəm?(son)

Hamiləyəm?(son)

 

Salam, Qadin.Netlilər! Bu gün sizi iki xanımın hamiləlik hekayəsi ilə tanış etmək istəyirəm:

Hamiləyəm?(son)

"Adım Angelinadır. Musiqi müəlliməsiyəm. 45 yaşım var. Uşaqları çox sevirəm. Lakin öz uşağım yoxdur. Səbəb sonsuzluq. Yoldaşımla övladımız olmadan da yaşaya biləcəyimizə qərar vermişdik.

Ad günüm idi. Menustrasiya vaxtımdan keçmişdi. Yəqin klimaksdır deyib keçmişdim. Bu bir neçə ay davam etdi. Artıq ümidimi tam itirmişdim. Ana ola bilməyəcəkdim. Qarnımda şişməyə başlamışdı. İnternetdə forumları oxuyaraq özüm- özümə diaqnoz qoymuşdum. "Məndə şişdir. Mən ölürəm"!

Hamiləyəm?(son)

Gözlənilməz hədiyyə

Səhəri gün ağlaya- ağlaya həkimə getmişdim. Həkim mənə 22 həftəlik hamilə olduğumu demişdi. Mənim oğlum olacaqdı. Yoldaşıma zəng edərək ona hamilə olduğumu deyəndə o sevincindən az qalsın stuldan yerə yıxılacaqdı. 45 yaşımda ana olacağıma inanmırdım. Ən təəccüblüsüdə odur ki, mən hamilə olduğumu bilmirdim. 

Hamiləyəm?(son)

***

Adım Lyudmiladır. Öz hekayəmi qocalanda nəvələrimə danışacağam. Qoy nənələrinin necə biabır olduğumu bilsinlər. Üçüncü hamiləliyimdən xəbərsiz idim. Menustrasiya vaxtında olurdum. İşləyirdim və övladlarımla vaxt keçirirdim. Bir gün qarnımda ağrı hiss etdim. Menustrasiya ağrısına çox bənzəyirdi. Dərman içdim və ağrının keçməyini gözlədim. Ancaq ağrı getdikcə güclənirdi. 12 saat davam edən ağrıya dözə bilməyib xəstəxanaya getmək qərarına gəldim. Xəstəxanada mənə doğuma hazırlaşın dedilər. Şokda idim. Həkimlər doğuşa hazırlananda yoldaşıma zəng etdim. Olanları ona danışdm. Gülürdü. " Sənə qarnının axşam hərəkət etdiyini deyəndə mənə inanmamışdın" dedi.

Hamiləyəm?(son)

Hadisədən bir il keçməsinə baxmayaraq qohumlar hələ də şokdadılar.

 

 

 

27 noyabr 2018
GO BACK