Körpənin sinəni rədd etməsi ana üçün travmatik ola bilər. Ancaq Sarah Boylenin körpəsi sağ sinəsini əmməyi rədd edərək, onun həyatını xilas etdi.
26 yaşlı Sarah oğlu Teddy-ni əmizdirmək istəyəndə uşaq dayanmadan ağlayırdı. Bunu ancaq sağ sinəsini verərkən edirdi.
Doğulduqdan sonra əmməklə bağlı problemi olmayan körpə, 5 aydan sonra sağ sinənin dadına baxdıqdan sonra ağlamağa başladı.
Həkimlər başlıqda heç bir problem olmadığını desə də, körpə hələ də sağ sinəni rədd edirdi.
Bundan narahat olan Sarah xəstəxanaya getdi və müayinə olundu. Onun döş xərçəngi olduğu ortaya çıxdı.
Həkim heç vaxt belə bir şey görmədiyini dedi. Körpəsi olmasaydı Sarahın xəstəliyi ortaya çıxmayacaqdı.
Sarah hal-hazırda müalicə olunur.