Hər ana üçün körpəsini ilk qucağına aldığı an vacibdir. Ancaq Tina Tappenden adlı bir qadın, körpəni qucağına almaq istəmədi.
Daily Mailin məlumatına görə Tinanın bu hərəkətinin səbəbi beynindəki ölümcül iltihabdır. Xəstəlik səbəbindən 23 yaşındakı qadın, hamiləliyinin böyük bir hissəsini və doğumunu yadından çıxartmışdır.
Gənc ananın kabusu hamilə olduğunu öyrəndiyindən bir ay sonra başladı. İşdən evə qayıtdıqdan sonra yolun heç bir hissəsini xatırlamadığının fərqinə vardı. Səhəri gün yuxusuzluq problemi yaşayan Tina, hər gün bir az daha unutqan olmağa başladı və davamlı su içməyə başladı.
Xəstəxanaya getdiyində problemin hamiləlikdən qaynaqlandığı deyildi. 24 saat sonra yaşadığı psixoz səbəbi ilə ağıl xəstəxanasına yatırıldı. Edilən testlər gənc qadının yumurtalığında döl böyüklüyündə bir kista olduğu öyrənilir. Bir müddət müalicə alandan sonra vəziyyəti sabitləşdirmək üçün Tina 8 günlük komaya yatızdırılır.
Tinanın beyin iltihabı, bir yumurtalıq kistasının immunitet sisteminə həddinnən artıq yüklənərək beynə hücuma keçməsindən qaynaqlanırdı. Çaşdırıcı bir vəziyyətdə Ava adlı körpənin doğumu bədəndəki hormon səviyyəsini sakitləşdirərək xəstəliyin simptomlarını yüngülləşdirdi. Ancaq hamiləlikdə yaşadığı problemlər, müalicə vaxtını və doğumunu xatırlamasına əngəl oldu.
Qısa bir müddət içərisində reanimasiyaya alınan gənc ananın kistasını bir neçə ay sonra götürdükdən sonra hər şey normala dönməyə başladı.