İlk mübarizə üsulu: Su buxarının gücü
Qabın içinə yeni qaynatdığınız suyu tökün, böyük dəsmal köməyi ilə başınızı örtərək üzünüzü buxara tutun. Üzünüz yanmağa başladıqda fasilə edin. Sonra yenə üzünüzü tərlədin. Buxar məsamələri açacaq, qulaq təmizləmə çöpü ilə qara nöqtələri təmizləyə biləyə bilərsiniz.
İkinci mübarizə üsulu: Limonlar
Qara nöqtələri aradan qaldırmaq üçün ən təsirli üsullardan biri də limon suyu istifadə etməkdir. Limon qara nöqtələrin qarşısını almağa kömək edər. Bir pambığı limonlu su ilə isladaraq qara nöqtələr olan bölgəni pambıqla təmizləyin. 20 dəqiqə gözlədikdən sonra üzünüzü soyuq su ilə durulayın.
Üçüncü mübarizə üsulu: Sıra badam və sandal ağacı
8-10 dədə badamı bir gecə əvvəldən sdə qoyun. Ertəsi gün badamları süddən çıxararaq qabıqlarını soyun və döyün. Sonra qaba qoyun, çay qaşığı bal və sandal ağacı yağı (tozu da olar) birlikdə qarışımı hazırlayın. Kremi üzünüzə çəkdikdən sonra 30 dəqiqə gözləyin və soyuq su ilə durulayın.
Son zərbə: Aloe Vera
İki ədəd aloe vera yarpağına ehtiyac var. Onların tikanlı hissələrini kəsin, sonra qabıqlarını soyaraq içindəki geli çıxarın. Yarım stəkan limon suyu ilə birlikdə blenderda qarışımı hazırlayın. Maskanı üzünüzdə 15 dəqiqə gözlədikdən sonra soyuq su ilə üzünüzü durulayın.