Dərinin də qidalanmağa ehtiyacı var. Yulafın sağaldıcı və nəmləndirici xüsusiyyəti, qidalandırıcı yağlarla birləşdikdə möcüzəvi təsir yaradır. Həssas dəriniz varsa, 2 qaşıq südlə maskanın qıcıqlandırıcı təsirini azalda bilərsiniz.
Lazım olan ərzaqlar
- 1/2 avokado
- 1 y/q bal
- bir ovuc yulaf
Hazırlanması və tətbiqi:
Yetişmiş avokadonu kasada əzin və digər ərzaqları da əlavə edib qarışdırın. Məcun kimi olacaq. Sonra istədiyiniz bölgəyə çəkib 15 dəqiqə gözləyin. Pambıq köməyi ilə maskanı təmizləyin və ilıq su ilə yuyun. Dəqiqələr içində dərinizdəki dəyişikliyi hiss edəcəksiniz.