Qadin.NET / Qışda üz dərisinə qulluq

Qışda üz dərisinə qulluq

 

Qışda üz dərisinə qulluq

Qışda dəri tez quruyur və buna görə də qış fəslində dəriyə qulluq özündə 3 ən əhəmiyyətli addımı birləşdirir: təmizlik, qulluq və nəmləndirici. 

 


Təmizləyici: Dəri üçün sabun ehtiva etməyən bir üz yuma geli istifadə etməliyik. Sabunlar dərini sərtləşdirir və qurudur. Sabun istifadə etməniz lazımdırsa,qliserin əsaslı sabun və ya nəmləndirici üz geli istifadə etməlisiniz. Daha dəyişik və təbii vasitə kimi süddən istifadə edə bilərsiniz.

 

Möhkəmləndirmə: Qış ayları boyunca quruluğa səbəb olacağı üçün dəriyə gül və xiyar suyu tərkibli toniklər çəkməyin.

Nəmləndirici: Dəriniz üçün qış aylarında daha çox nəm və qida ehtiyacı ən əhəmiyyətli addımdır. Soyuqda çölə çıxmadan əvvəl üzünüzü yumayın. Əgər üzünüzü yumanız lazım olarsa, çölə çıxmadan əvvəl nəmləndirici krem çəkin.

 

Qışda üz dərisinə qulluq
 
Qış fəsli üçün maskalar.

 

1 xörək qaşığı bal və qatığı qarışdırın. Bu qarışımı üz və boyun hissəyə sürtün və 20 dəqiqə sonra yuyun. Bunu 2 -3 həftədə bir dəfə edin. 

 1 xörək qaşığı nəmləndirici kremi,1 çay qaşığı bal və zeytunyağı ilə qarışdırın. Üzünüzə sürtün və 20 dəqiqə gözləyin. Sonra iliq su ilə yuyun. Bunu tez-tez istifadə edə bilərsiniz.

 

17 noyabr 2011
GO BACK