Qaragilə dərinin yağ səviyyəsini nizamlayar. Dərini vitamin və minerallarla qidalandırar. Daha sağlam dəriyə sahib olmağa kömək edəcək.
Qaragilə maskası 1
10 ədəd qaragilə
1 yemək qaşığı qatıq
Hazırlanması və tətbiqi:
Qaragilələri çəngəllə əzib, üstünə qatıq əlavə edin. Təmizlənmiş olan üzünüzə və boynunuza hazırladığınız qarışımı çəkin. 15 dəqiqə gözləyərək ilıq su ilə yuyun.
Qaragilə maskası 2
yarım stəkan qaragilə
1 yemək qaşığı bal
1 yemək qaşığı zeytun yağı
1 yemək qaşığı toz şəkər
Bütün ərzaqları blenderdən keçirin. Təmiz dəriyə bu qarışımı çəkin. Ovalayaraq 10 dəqiqə gözləyin. İlıq su ilə durulayın. Daha sonra soyuq su ilə yuyun.