1. Su dəri üçün vacibdir
Dərinizin həmişə nəmli, baxımla və parlaq görünməsi üçün daima təmizləməli və su içməyi göz ardı etməməlisiniz. Gecə yatarkən silinməyən makiyaj qalıntıları bir müddət sonra dəri ləkələrinə və sızanaqlara səbəb olacaq. Dəri detoksu bunun qarşısını alır. Üzünüzü səhər-axşam təmizləyici ilə yuyub, sonra gül suyu ilə silin. Təmizləyici dəri tipinizə uyğun olmalıdır.
2. Məsamələri təmizləyin
Çirkli hava, siqaret dumanı, makiyaj qalıntıları və səhv məhsul istifadəsi dəri məsamələrinin qara nöqtələrə çevrilməsinə səbəb olur. Qara nöqtələr təmizlənmədikdə, erkən yaşlanma kimi dəri problemləri yaranır. Parlaq və gənc görünmək üçün hamamdan çıxandan sonra isti su və buxarın təsiri ilə açılan məsamələrə tonik vurmalı. Qara nöqtələri buxarla yumşaldıb təmizləmək lazımdır.
3. Dərinizi nəmləndirin
Nəmləndirici dəri üçün olduqca vacibdir. Dərini ölü dərilərdən təmizləmək üçün nəmləndirici istifadə etməlisiniz. Dərini nəmləndirərək, parlaq görünməsini təmin edə bilərsiniz.