Qadin.NET / Evdə hazırlaya biləcəyiniz dəri maskaları

Evdə hazırlaya biləcəyiniz dəri maskaları

 

 

Yumurta sarısı və zeytun yağı maskası

Dərinizin yorğun olduğunun və qidalanmağa ehtiyacı olduğunu düşünürsünüzsə, bu maskanı asanlıqla istifadə edə bilərsiniz. Bir yumurtanın sarısını və ağını ayırın. Yumurtanın sarısını 1 yemək qaşığı zeytun yağı ilə qarışdırın. Dərinizə çəkin və 20 dəqiqə dəridə saxlayın. İlıq su ilə yuyun. Əgər qoxusunu sevmirsinizsə, içinə lavanda və ya gül suyu əlavə edə bilərsiniz.

Evdə hazırlaya biləcəyiniz dəri maskaları

Qaynadılmış kartof püresi, süd və badam yağı maskası

Bu maska sızanaqlardan xilas olmağa və dərinin tonunu açmağa kömək edir. Kartofu qaynadın və əzin. 2 çay qaşığı süd və 1 çay qaşığı badam yağı əlavə edin. Qarışımı dərinizə çəkin, 20 dəqiqə gözləyin. İlıq su ilə yuyun. Həftədə 2-3 dəfə istifadə edin.

Evdə hazırlaya biləcəyiniz dəri maskaları

Yulaf unu və südlü maska

Dərinizi nəmləndirmək və yumşaltmaq üçün: 2 yemək qaşığı yulaf ununu blenderdə toz halına salın. 2 yemək qaşığı isti südü una qarışdırın. 1 yemək qaşığı zeytun yağı əlavə edin. Yenidən qarışdırın. Qarışımı üzünüzə çəkin və 10-15 dəqiqə gözləyin. Sonra ilıq su ilə yuyun.

Evdə hazırlaya biləcəyiniz dəri maskaları

26 avqust 2019
GO BACK