Qadin.NET / Tətildə yaranmış günəş ləkələri üçün maska

Tətildə yaranmış günəş ləkələri üçün maska

 

Sodalı maska

1 yemək qaşığı qatıq ilə 1 çay qaşığı sodanı qarışdırın, qarışımı ləkələrin üstünə çəkin. 10 dəqiqə gözləyib, bol su ilə durulayın. Bu qarışım həftədə 1 dəfə istifadə edə bilərsiniz. Sodanın ağartma təsiri ləkələrin rəngini açacaq.

Tətildə yaranmış günəş ləkələri üçün maska

Qatıq maskası

1 yumurtanın ağını köpürənə qədər çırpdıqdan sonra, 1 çay qaşığı qatıq əlavə edərək qarışdırın. Daha sonra 3 damla limon suyu əlavə edin, maskanı günəş ləkələrinin üstünə çəkin və gözləyin. Maska dərinizdə quruduqda nəmli pambıqla təmizləyib, daha sonra ilıq su ilə yuyun. Bu maskanı 4-5 gündə 1 dəfə tətbiq edin və 4 dəfə istifadən sonra ən az 15 günlük ara verməlisiniz.

Tətildə yaranmış günəş ləkələri üçün maska

 

Cəfəri maskası

Yarım cəfərini blenderda əzin, 1 yemək qaşığı qatıq və 1 dilim limon əlavə edin. Dərinizi masaj edərək tətbiq edin. 45 dəqiqə gözlədikdən sonra su ilə təmizləyin. 3 gündə 1 dəfə bu maskanı dərinizə tətbiq edin.

Tətildə yaranmış günəş ləkələri üçün maska

Sirkə və soğan qarışımı

Orta boylarda 1 ədəd soğanı sürtgəcdən keçirərək suyunu çıxarın, yarım çay stəkanı alma sirkəsi əlavə edin. Pambıq köməyi ilə qarışımı dəridəki ləkələrə tətbiq edib yarım saat gözləyin.

 


 

 

22 avqust 2019
GO BACK