Xiyar və gül maskası
Şiş gözlər üçün ideal maska sayılır.
Yarım xiyar
30 ml gül suyu
Pambıq
Pambıqlarınızı iki yarım ay formasında və ehtiyacınız olduğunu düşdüyünüzdən böyük kəsin. Blenderda xiyar püresini və gül suyunu qarışdırın. Bir kasaya əlavə edin. Daha sonra pambıqları içinə batırın. İsladılmış pambıqlarınızı, sonra da istifadə etmək üçün soyuducuda saxlayın. İstifadə etmədən əvvəl pambıqları ən az 10 dəqiqə özünə gəlməsi üçün qırağa qoyun.
Altdakı kirpik cizgisinə yaxın bölgəyə yerləşdirib 10-15 dəqiqə saxlayın.
Qırışlar üçün göz maskası
Lazım olanlar:
2 yumurta sarısından ayrılmış yumurta ağı
1 kapsul və ya 5 damla E vitamini
Yumurta ağları köpüklənənə qədər çırpın və sonra E vitaminini içinə qarışdırın. Qarışımı barmaq uclarınızla və ya makiyaj fırçası ilə gözaltı bölgəsinə çəkin. 10 dəqiqə gözləyin.