Qadin.NET / Üz dərisinə qulluq

Üz dərisinə qulluq


Təmizləmə südü


Üzdəki məsamələrə dolan çirkləri və makiyajı təmizləmənin ən asan və ucuz yolu evdə təbii vəsaitlərdən hazırlayacağınız qarışımlardır. Təmizləmə südünü barmaqlarınızla və yumru hərəkətlərlə sürtün.
Tərkibi:

1 xiyar

1 stəkan süd

İstifadəsi:

Xiyarı rəndələyib 1 stəkan süddə qaynadın və süzün. Hər gün səhər və axşam bu qarışımla dərinizi silin.

 


Sızanaqlara qarşı

Tərkibi:

100 qram spirt

6 ədəd aspirin 

İstifadəsi:

6 ədəd aspirini əzin və spirtlə qarışdırıb 3 gün saxlayın. Bu qarışımla dərinizi hər gün silin.

Üz dərisinə qulluq


Qara nöqtələrə qarşı maska

 Limon suyu dərinizi dezinfeksiya edər,sızanaqları qurudar və qara nöqtələrin yox olmasına köməkçi olar. Qatıq isə dərini nəmləndirər və yağ miqdarını tarazlıqda saxlar.
Tərkibi:

Limon suyu

qatıq

Hazırlanması:
Bir kasa qatığa bir limonun suyunu qarışdırın. Bu qarışığı gözlərinizə təmas etməyəcək şəkildə üzünüzə çəkin və 15 dəqiqə gözləyin. Üzünüzdə quruyan maskanı ilıq suyla yuyaraq təmizləyin.
Bu maska həftədə bir dəfə tətbiq olunmalıdır.
Üz dərisinə qulluq


Qırışıqlara qarşı maska

Qaymaq dərini yumşaldar,nəmləndirər və dəriyə elastiklik qazandırar. Qırışıqlara qarşı da təsirlidir. Alma isə dərinin diri qalması üçün əhəmiyyətlidir.
Tərkibi:
3 çay qaşığı qaymaq
1ədəd alma
Hazırlanması:
Bu maskanı hazırlamaq üçün soyulmuş bir alma və üç qaşıq qaymağı mikserlə bir neçə dəqiqə qarışdırmaq lazımdır. Qarışığı dərinizə çəkdikdən sonra təmiz bir bezlə üzünüzü bağlayın. Təxminən 15 dəqiqə gözlədikdən sonra maskanı silin və üzünüzü ilıq suyla yuyun.
Bu maskadan həftədə 1 dəfə istifadə etmək lazımdır.

Yağlı dərilər üçün

Tərkibi:
Bal
Süd
limon suyu
Hazırlanması:
Bir fincan içində bir qaşıq balı,bir qaşıq limon suyunu və qarışımın tündlüyünü pozmayacaq miqdarda südü qarışdırın. Qarışığı üzünüzə və boyunuza yüngülcə çəkin və quruyana qədər gözləyin. Maskanı nəmli bir süngər köməyiylə silərək üzünüzü təmizləyin.
Bu maskanı ehtiyaca görə 10 - 15 gündən bir istifadə edə bilərsiniz. 
Dərinizin yağ tarazlığını nizamlamaq üçün;  
2 xörək qaşığı alma suyu və 2 xörək qaşığı portağal suyunu qarışdırın. Qarışığı üz və boyun bölgənizə sürtüb 15 dəqiqə gözlədib,sonra durulayın.

Böyürtkən maskası 
Böyürtkənin üz dərisi üçün də faydaları çoxdur. Dəriyə gənclik verir. Böyürtkənin dəri üçün yağı da vardır. Böyürtkən yağı dəriyə və saçlara canlılıq verir.Tərkibində olan C vitamini dərini yeniləyir.Saç diblərinə barmaqlarınızla yedirdiyinizdə təsirli bir saç baxımı təmin edir.

Maskanın istifadəsi:

 5 dənə iri böyürtkəni əzin. İçinə süd tökün, sıyıq hala gətirin. Gecə yatmadan əvvəl təmiz dəriyə sürtün.30 dəqiqədən sonra yuyun.

 

7 noyabr 2011
GO BACK