Qadin.NET / 50 yaşdan yuxarı qadınlar üçün dəriyə qulluq

50 yaşdan yuxarı qadınlar üçün dəriyə qulluq

 

 

Yaş artdıqca dəri də yaşlanmaya və əvvəlki gözəlliyini və gücünü itirməyə başlayır. Bəzi üsullarla yaşlanmanı dəriyə təsirini nisbətən azalda bilərsiniz. Dəriyə qulluq edərək daha gənc görünə bilərsiniz. 

50 yaşdan yuxarı qadınlar üçün dəriyə qulluq

Qəhvə, çay və qazlı içkilərdən qaçmaq, siqareti atmaq gözəllik üçün vacib sayılır. Su gözəllik mənbəyi sayılır. Gündə 2 litr su içmək qan hüceyrələrini, dərini yeniləyir. Toksinlərdən xilas olmağa kömək edir. 

 

50 yaşdan yuxarı qadınlar üçün dəriyə qulluq
 

 

Günəş şüalarına həddindən artıq məruz qalmaq və kremsiz günəşə çıxma 50 yaşından sonra dəriyə daha çox mənfi təsir edir. Nazikləşən dəri günəşdən qoruna bilmir. Ləkələr artır. 

 

Dərinin elastikliyini artıran maskalar

 

50 yaşdan yuxarı qadınlar üçün dəriyə qulluq

 

Dərini dartan və elastikliyini artıran maska 1 yumurta sarısı, yarım çay qaşığı zeytun yağı və 2 yemək qaşığı kök suyu ilə hazırlanır. Ərzaqları yaxşıca qarışdırıb, üzünüzə və boynuza çəkin. Yarım saat gözlədikdən sonra ilıq su ilə durulayın.

 

Üzdəki hüceyrə yenilənməsinə kömək etmək üçün; 2 almanı sürtgəcdən keçirin. 1 yemək qaşığı süd qaymağı və 2 yemək qaşığı suyu kiçik qazanda 4-5 dəqiqə qaynadın. Üstünə sürtgəcdən keçirilmiş almanı əlavə edib 1 neçə dəqiqə gözlədikdən sonra qazın üstündəki qazanı götürün. Soyuduqdan sonra masajla üzünüzə çəkin. Ən az 1 saat gözlədikdən sonra soyuq su ilə təmizləyin. 

 

 

6 iyul 2019
GO BACK