Dəri gecə yuxuda olarkən özünü yeniləyər. Makiyaj, siaret, alkoqol dəridə mənfi təsirlər yarada bilər.
İlk əvvəl dərini yeniləyən təmizləyici
Dərinizdəki makiyaj qalıntılarını, çirkli havanın üzdə yaratdığı çirki təmizləmək lazımdır. Bunun üçün təmizləyici məhsullardan istifadə edin.
Nəmləndiricini unutmayın
Gecə yatmadan əvvəl dərinizdə qırışların yaranmasına mane olması və dəridəki quruluğu aradan qaldırmaq üçün nəmləndirici şərtdir. Nəmləndirmək üçün xüsusi kremlərdən və yağlardan istifadə edin.
Maska
Dərinizin yenilənməsini istəyirsinizsə, qidalandırıcı maskalardan istifadə edin.
Göz ətrafını unutmayın
Gecə yatmadan əvvəl göz ətrafının da baxımını unutmamalısınız. Göz ətrafı həssas olduğu üçün qırışlar tez yaranma ehtimalı var. Göz ətrafını daha çox nəmləndirməlisiniz.