Dəriniz kremlə ağartmaq yerinə təbii üsullardan istifadə edə bilərsiniz. Maskanı dərinizdə test etməyi unutmayın. Sonra bütün dəriyə tətbiq edin.
Lazım olanlar
- yulaf əzməsi
- 2 yemək qaşığı qatıq
- 1 çay qaşığı limon
- 2 yemək qaşığı zeytun yağı
Hazırlanması:
Bütün ərzaqları qarışdırın. Qarışımı dərinizə çəkin. Ağardıcı maskanın dəridə quru qalmasına icazə verin.
15-30 dəqiqə sonra soyuq su ilə yuyun. Dərini tamamilə qurutmayın. Azca nəmli saxlayın və quruluğun qarşısını almaq üçün üstünə isladıcı tətbiq edin. Bu maskanı həftədə iki dəfə davamlı olaraq tətbiq etməyə çalışın.