Qadin.NET / Günəş ləkələri üçün 3 maska

Günəş ləkələri üçün 3 maska

 

Qatıq maskası

1 ədəd yumurtanın axını köpürənə qədər çıxdıqdan sonra 1 çay qaşığı süzmə qatıq əlavə edərək qarışdırın. Daha sonra 3 damla limon suyu əlavə edin, maskanı günəş ləkələrinin üstünə çəkin və gözləyin. Maska dərinizdə quruduqda nəmli pambıqla təmizləyib daha sonra ilıq su ilə yuyun. Bu maskanı 4-5 gündə 1 dəfə tətbiq edin və hər dəfə istifadə etdikdən sonra ən az 15 günlük ara verməlisiniz.

 

Günəş ləkələri üçün 3 maska

 

 

Cəfəri maskası

Yarım cəfərini blenderdə əzin, 1 yemək qaşığı qatıq və 1 dilim limon əlavə edin. Dəriyə masaj edərək tətbiq edin. 45 dəqiqə gözlədikdən sonra su ilə təmizləyin. 3 gündə 1 dəfə bu maskanı dərinizə tətbiq edin. 

Günəş ləkələri üçün 3 maska

Sirkə və soğan maskası

Orta boyda 1 ədəd soğanı sürtgəcdən keçirərək suyunu çıxarın, sonra yarım çay stəkanı alma sirkəsi əlavə edin. Pambıq köməyi ilə qarışımı dərinizdəki ləkələrə çəkib yarım saat gözləyin.

Günəş ləkələri üçün 3 maska

15 iyun 2019
GO BACK