1- Dəri baxımında su çox vacibdir
Dəriniz həmişə nəmli, baxımlı və parlaq görünmək üçün hər daim təmizləməli və su içməyi unutmamalısınız. Gecə yatarkən silinməyən makiyaj qalıntıları bir müddət sonra dəri ləkələrinə, hətta böyük sızanaqların yaranmasına səbəb ola bilər. Dəri detoksu dərini təmizləyir. Üzünüzü səhər-axşam təmizləyici ilə yuyub, sonra tonik və ya gül suyu ilə silin. Təmizləyicini dəri tipinizə uyğun seçin.
2- Məsamələri təmizləyin
Havadakı çirklər, siqaret dumanı, makiyaj qalıntıları dəridəki məsamələri doldurur. Bu da zamanla qara nöqtələrin yaranmasına səbəb olur. Qara nöqtələr təmzilənmədikdə erkən yaşalanma kimi problemlərə səbəb ola bilir. İsti su və buxarla açılan məsamələr toniklə təmizlənməlidir. Qara nöqtələriniz varsa, pilinqdən istifadə etməlisiniz.
3- Dərinizi nəmləndirin
Dərinizin gözəl görünməsi üçün nəmləndirici vacibdir. Havanın təsiri dəridə quruluq yaradır, ölü dəriləri təmizləmək üçün nəmləndiricidən istifadə etməlisiniz. Dəri detoksu ilə dəridə parlaqlıq və canlılıq yaradacaq nəm problemini aradan qaldıra bilərsiniz. Bundan əlavə, dəri detoksu, dəridə qan dövranını sürətləndirərək qırışların qarşısını alır. Dəri yumşaq olur.