Qadin.NET / Üzdəki çuxurları necə aradan qaldırmalı?

Üzdəki çuxurları necə aradan qaldırmalı?

 

Lazer müalicəsi: Adətən tonal kremlə gizlətdiyiniz üzdəki çuxurları texnologiyanın köməyi ilə aradan qaldıra bilərsiniz. Lazer müalicəsi ilə dərinizdəki çuxurları qısa müddətə doldura bilərsiniz. Üzdəki zədələrə görə iki növ lazer müalicəsindən biri seçilir. Dərinin üst təbəqəsi soyulur, alt hissəsindən yeni dəri əmələ gələcək. Dərinin soyularaq yenilənməsi həftələr apara bilər. 

Üzdəki çuxurları necə aradan qaldırmalı?

Kimyəvi pilinq: Kimyəvi üsulla dərinin üst təbəqəsinin yenilənməsini təmin edə bilərsiniz. Adətən səthi çuxurlar və izlər üçün istifadə edilən bu üsul, təsirli üsullardan biridir. Dərinin üst təbəqəsində kimyəvi pilinq sayəsində yandırılıq, bu üsul mütləq mütəxəssis həkim tərəfindən edilməlidir.

Üzdəki çuxurları necə aradan qaldırmalı?

Dermabrazyon: Lazer üsulunda olduğu kimi bu üsulda sızanaq izlərini və üzdəki çuxurların yer aldığı dərinin üst təbəqəsi soyularaq tətbiq edilir. Bu üsulla dərini soymaq üçün xüsusi metal fırçadan istifadə edilir. Soyulan dərinin yenilənməsinə üçün bir neçə həftə lazımdır.

 

Evdə dəri ləkələrini və çuxurları aradan qaldırmaq üçün maskalar:


Maska 1

1 çay qaşığı qarğıdalı unu, 1 çay qaşığı gil və 1 su stəkanı yaxşıca qarışdırın. Sonra çuxurlar olan bölgəyə çəkib, quruyana qədər gözləyin. Quruduqdan sonra yavaş ovalayaraq gili üzünüzdən çıxarın. Bu üsulu həftədə 2 dəfə davamlı olaraq tətbiq etdikdə qısa müddətə dəyişikliyi görəcəksiniz.

Üzdəki çuxurları necə aradan qaldırmalı?

Maska 2 

1 ədəd yumurta ağı, yarım çay qaşığı limon suyu, yarım çay qaşığı bal və 2 çay qaşığı yaş mayanı qarışdırın. Dərinizə çəkib 30 dəqiqə gözləyin. İlıq su ilə təmizləyib, dəriyə nəmləndirici vurun. Bu üsulu həftədə 1-2 dəfə istifadə edə bilərsiniz.

 

20 aprel 2019
GO BACK