Dərini nəmləndirən heyva çəyirdəyi maskası
2 yemək qaşığı heyva çəyirdəyi
1 su stəkanı təbii gül suyu
2 çay qaşığı badam yağı
Gül suyunun içinə heyva çəyirdəklərini əlavə edin. 1 gecə gözləyin. Səhər çəyirdəkləri süzdükdən sonra badam yağını içinə əlavə edin. Qarışdırdıqdan sonra üzünüzə çəkib, 20 dəqiqə gözləyin.
Qalan suyu 1 həftə saxlaya bilərsiniz. Həftədə 2 dəfə bu maskanı dərinizə çəkə bilərsiniz.
Dəri ləkələrini yox edən heyva çəyirdəyi maskası
1 heyvanın çəyirdəklərini çıxararaq üstünə keçəcək qədər su əlavə edin. 1 dəqiqə qaynadın. 4 saat gözlədikdən sonra dəri ləkələri olan bölgəyə çəkin. Üzünüzdəki izlər gedənə qədər bu üsulu təkrar edin.