Qadin.NET / Xiyarla dəriyə qullaq

Xiyarla dəriyə qullaq

 

 

Xiyar maskası:

Xiyarla dəriyə qullaq

- Xiyarı bir neçə hissəyə bölüb 5 ədəd nanə yarpağı ilə birlikdə blenderdən keçirin. 1 yumurta ağını əlavə edib qarışdırın. Bu maskanı üzünüzə və boyun bölgənizə çəkib 20 dəqiqə gözləyin.

Xiyarla dəriyə qullaq

- Yağlı dərinizi təmizləmək üçün: 1 çay fincanı qatıq və 1 çay qaşığı süd tozunu soyulmuş və dilimlənmiş xiyarla birlikdə blenderdən keçirin. Bu pilinqi tətbiq edib 15 dəqiqə gözləyin. İlıq su ilə durulayın.

Xiyarla dəriyə qullaq

- Əgər dəriniz quruyursa, onu nəmləndirmək və qidalandırmaq üçün maskadan istifadə edin. Yarım xiyarı sürtgəcdən keçirin. Yarım bananı əzin və 4 yemək qaşığı limon suyu və 1 yemək qaşığı balı əlavə edin. Dərinizə incə təbəqə halında çəkib 15 dəqiqə sonra ilıq su ilə durulayın.

Xiyarla dəriyə qullaq

- 1 yemək qaşığı xiyar suyu və 1 yemək qaşığı hindistan qozu suyunu qarışdırın. Pambıq yardımı ilə üzünüzə çəkin. Dəri ləkələrindən xilas olacaqsınız və dəriniz parıldayacaq.

 

16 mart 2019
GO BACK