Qara nöqtələri yox edən qatıq maskası
1-2 çay qaşığı limon suyu, 1 çay qaşığı yulaf əzməsi və 2 çay qaşığı qatığı yaxşıca qarışdırın. Üzünüzə çəkin. 20 dəqiqə sonra soyuq su ilə durulayın. Həftədə 2 dəfə tətbiq edin.
Ölü dəriləri yox edən maska
1 çay qaşığı qatıq ilə 1 çay qaşığı balı yaxşıca çırpın. Dərinizə çəkib quruduqda isti su ilə durulayın. Həftədə 1 dəfə tətbiq etmək kifayət edəcəkdir.
Sızanaqları azaldan qatıq maskası
Makiyaj pambığını qatığın içinə batırıb, sızanaqlar olan bölgələrə çəkin. Bir gecə gözləyib, soyuq su ilə yaxşıca yuyun. Hər gücə yatmazdan əvvəl bu üsulu yoxlaya bilərsiniz.