Makiyajı kremlə təmizləmək ən sağlam və asan üsuldur. Dərinizi qıcaqlandırmayan və dəri tipinizə uyğun olan kremdən istifadə edin. Xüsusilə, quru dərilər üçün yumşaq losyonlar uyğundur. Dairəvi hərkətlərlə kremlə üzə masaj edilməlidir.
- Digər kosmetik məhsulları istifadə etdikdə yaşadığınız problemlərlə kremlə sağollaşa bilərsiniz.
- Qısa müddətə evdə olan məhsullarla makiyajını təmizləmək istəyən qadınlar üçün möcüzəvi üsuldur. Səyahət zamanı bir kremlər həm makiyajı təmizləyə, həm də dərinizi nəmlədirə bilərsiniz.
- Krem nəmləndirici olduğu üçün makiyajı təmizlədikdən sonra dərinizə ekstra nəmləndirici vurmağa ehtiyac qalmayacaq.
Kremlə makiyajı necə silməli?
Evdə olan nəmləndirici kremin içinə biraz pambığı batırıb makiyajınızı təmizləyə bilərsiniz.
Göz qələmi və tuş vurduqda təmizləmək çətin ola bilər. Bütün makiyajı asanlıqla çıxara bilmək üçün vazelindən istifadə edə bilərsiniz. Az miqdarda vazelini barmağınızla iki gözünüzün ətrafına çəkdikdən sonra təmiz dəsmalla silə bilərsiniz. Vazelinin gözünüzə girməməsinə diqqət edin.