Sızanaq izlərini aradan qaldıran 2 maskanı sizə təqdim edirik.
Bal və alma maskası:
1 ədəd alma
3 və ya 4 y/q bal
Hazırlanması:
Almanı sürtgəcdən keçirin və üstünə balı əlavə edin.
Dərinizə çəkib 15 dəqiqə gözləyin.
Daha sonra ilıq su ilə yuyun.
Gül suyu maskası
100 ml gül suyu
2 yemək qaşığı bal
2 yemək qaşığı şəkər
2 yemək qaşığı E vitamini
Hazırlanması:
Bütün ərzaqları bir qabda qarışdırın.
3-4 dəqiqə ərzində pambıq köməyi ilə dərinizdəki sızanaq izlərinə çəkin. Sonra ilıq su ilə yuyun.