Təmizləyici üz maskası
Pomidor ölü hüceyrələri təmizləməyə kömək edir. Bu maskanı hazırlayarkən 100% təbii yulaf unundan istifadə edin.
- 2 ədəd pomidor
- 3 yemək qaşığı yulaf unu
Pomidorları əzin və yulaf unu ilə qarışdırın. Daha yumşaq qarışım istəyirsinizsə, blenderdən keçirin. Qarışımı ölü dərilərdən xilas olmaq istədiyiniz bölgəyə çəkin. Zərif hərəkətlərlə masaj edin. 10 dəqiqə gözləyin və durulayın.
Sızanaqlara qarşı maska
Pomidor həddindən artıq yağ istehsalını azaldır və qara nöqtələrlə müalicəyə kömək edir
- 1 ədəd pomidor
- 1 yemək qaşığı yulaf (10 qram
- 2 yemək qaşığı limon suyu (20 ml)
Pomidoru blenderə qoyun, yulaf və limon suyu ilə birlikdə qarışdırın. Qarışım çox qatıdırsa, biraz su əlavə edin. Gecə makiyajınızı sildikdən sonra üzünüzə çəkin və 20 dəqiqə gözləyin.