Gözaltı qaraltılarını aradan qaldıran kartof maskası
Kartofun suyunu çıxararaq pambığa tökün. Daha sonra gözlərinizin ətrafına hər gecə yaxşıca çəkin və yatın. Qısa müddətə dəyişikliyi görəcəksiniz.
Yorğunluğu götürən kartof maskası
Böyük kartof halqasını doğrayın. Daha sonra 10 dəqiqə soyuducuda saxlayın. Sonra üzlərinizin solğun görünən yerlərinə yerləşdirin, 15 dəqiqə gözlədikdən sonra masaj edin.
Dəri ləkələri üçün kartof suyu maskası
2 ədəd orta boy kartofu soyun və sürtgəcdən keçirin. Sürtgəcdən keçirilən kartofları soyuyana qədər soyuducuda saxlayın. Sonra dərinizdə ləkə olan bölgələrə yerləşdirin. Bu maska qara nöqtələri aradan qaldırır.