Mütəxəssislər, mövsümi olaraq görünən sızanaqların 5 gün davam etsə də, yediyiniz qidalara diqqət edərək bu müddəti 2 və ya 3 gün azalda biləcəyinizi bildirir. Sızanaqları aradan qaldıran qidaları sizə təqdim edirik:
Kök
Kök göz sağlamlığına faydası ilə tanınır. A vitamini ilə zəngindir. Sızanaqların aradan qaldırmağa kömək edən qidaların arasında yer alır. A vitamini antioksidant təsiri göstərərk bədəni təmizləyir, dəri də bundan xeyrini alır.
Limon
Təzyiqi tənzimləyən, qış xəstəliklərinin qarşısını alan C vitaminin mənbəyi olan limon, kök kimi antioksidant təsiri göstərir. Sızanaqlarından xilas olmağın, sızanaq yaranmasının qarşısını almağın ən yaxşı yolu yeməklərə limon əlavə etməkdir.
Qatıq
Günün hər saatında rahatlıqla yeyə biləcəyiniz qatıq, sızanaqların əsas düşmənidir. Dərinin təbii halını qorumasına kömək edir. Dərini dəyişikliklərə qarşı qoruyur və sızanaq yaranmasına mane olur.
Sarımsaq
Ürək-damar sağlamlığı üçün gündə 1 ədəd qəbul edilməsi məsləhət görülən sarımsağın faydaları saymaqla bitmir. Hər növ xəstəliyin çarəsi olaraq bilinən sarımsaq sızanaqlara qarşı da mübarizə aparır. Antibakterial təsiri ilə antibiotik sayılır. Sızanaqların yaranmasına mane olur.