Qadin.NET / Texnologiyanın səbəb olduğu dəri problemləri

Texnologiyanın səbəb olduğu dəri problemləri

 

 

Hüceyrə deformasiyası

Əl və ya bədən təmizliyinə nə qədər diqqət etsəniz də, telefon və kompyuter klaviauturası təmiz olmaya bilər. Onların üstündə yaşayan bakteriyalar dəridə sızanaqların sayını artıra bilər. Telefonla danışarkən üzünüzə yapışdırmağınız, sızanaqlarla əlaqəli dəridə dəliklər meydana gəlməsinə səbəb ola bilər.Texnoloji alətlərin təmizliyinə diqqət edin.

 

Texnologiyanın səbəb olduğu dəri problemləri

 

Boyun qırışları

Sosial media hesablarınızı tez-tez yoxlamaq və ya nə var nə yox deyə baxmaq zərərsiz görünsə də, telefonuzda keçirdiyiniz dəqiqələr yaşlanma simptomlarını ortaya çıxara bilir. Boyun adətən əyri durduğu üçün qatlanma izləri və qırışların yaranması artır. Bu izləri ən aza endirmək üçün boyun üçün baxım kremlərindən və maskalarından istifadə etmək lazımdır.

 

Texnologiyanın səbəb olduğu dəri problemləri

 

Bədəndə sızanaqlar

Dərinizə qulluq etdiyiniz halda, yenə də dərinizdə sızanaqların yayıldığını müşahidə edirsinizsə, bu daima hərəkətsiz dayanmaqdan ola bilər. Hərəkətsiz həyat tərzi çəki artımına səbəb olduğu kimi, bədəndəki yağların çoxalması ilə sızanaqların da çoxalmasına səbəb olur. Uzun müddət oturduqda bədən nəfəs almır və kürəkdə sızanaqlar meydana gəlir. Bunun üçün xüsusi pilinqdən istifadə etməlisiniz.

 

Texnologiyanın səbəb olduğu dəri problemləri

 

22 fevral 2019
GO BACK