Qadin.NET / Qatıq maskası ilə 3 problemin həlli

Qatıq maskası ilə 3 problemin həlli

 

Qatıq maskası ilə 3 problemin qarşısını ala bilərsiniz. 3 problemi həll edən 3 qatıq maskasını sizə təqdim edirik.

Qatıq maskası ilə 3 problemin həlli

Qara nöqtələri yox edən qatıq maskası

1-2 çay qaşığı limon suyu, 1 çay qaşığı yulaf əzməsi və 2 çay qaşığı qatığı yaxşıca qarışdırın. Üzünüzə bərabər miqdarda çəkin. 20 dəqiqə sonra soyuq su ilə durulayın. Həftədə 2 dəfə tətbiq edin. 

Qatıq maskası ilə 3 problemin həlli

Ölü dəriləri yox edən qatıq maskası

1 çay qaşığı qatıq ilə 1 çay qaşığı balı yaxşıca çırpın. Dərinizə çəkib quruyanda isti su ilə durulayın. Həftədə 1 dəfə istifadə etmək kifayət edəcəkdir.

Qatıq maskası ilə 3 problemin həlli

Sızanaqları azaldan qatıq maskası

Makiyaj pambığını qatığın içinə batırıb, sızanaqlar olan bölgəyə çəkin. Bir gecə gözləyin, oyandıqda soyuq su ilə yaxşıca yuyun. Hər gecə yatmadan əvvəl bu üsulu yoxlayın. 

 


14 fevral 2019
GO BACK