1. Diş məcunu ilə dodaq pilinqi
Çatlamış dodaqların yumşalması və ölü dərilərdən xilas olması üçün diş məcunu ilə pilinq etmək, dodaqlarınızın daha çox çatlamasına və qoruyucu təbəqənin zərər görməsinə səbəb ola bilər.
Dodaq pilinqi üçün təbii yağlar və şəkərlə hazırlanan yumşaq pilinq istifadə edin.
2. Saç rəngini açmaq üçün yuyucu vasitə istifadə etmək
Saç rəngini açmaq istəyənlər əsla bu üsuldan istifadə etməməlidirlər. Yuyucu vasitələrin içində olan maddələr saç dərinizdə yaralar aça bilər və saçınızı itirməyinizə belə səbəb ola bilər.
Əgər saçınızı boyadıqdan sonra daha tünd rənglə qarşılaşdınızsa, kəpək şampunu, ağ sabun və zeytun yağı istifadə edərək rəngin daha tez axmasını təmin edə bilərsiniz.
3. Qara nöqtələr və sızanaqlar üçün Vakum cihazı /sıxmaq
Üzünüzdə olan qara nöqtə və sızanaqları vakumlu cihazlarla almaq və ya barmaqla sıxmaq, bu daha çox yayılmasına və dəridə istənməyən ləkələr yaranmasına səbəb ola bilər.
Üzünüzü davamlı təmizləyərək qara nöqtələrin yaranmasına mane ola bilərsiniz. Maskalardan istifadə edin.
4. Saç kremi yerinə Hindistan qozu yağı istifadə etmək
Sırf təbii yağ olduğu üçün saç kremi yerinə Hindistan qozu yağı istifadə etmək bir müddət sonra saçın daha çox yağlanmasına səbəb olacaq.
Hindistan qozu yağını 1-2 həftədə bir saç maskası formasında istifadə edə bilərsiniz.
5. Karbonatla üz təmizliyi
Üz təmizliyində karbonat istifadə etmək dərini qurudur və yaşlandırır. Dərinin pH dərəcəsi 4.5 olduğu halda, karbonatın pH dərəcəsi 9-dur.
Üzü dərin təmizləmək üçün bitki liflərindən hazırlanan süngərləri isladaraq üzünüzə tətbiq edə bilərsiniz.