Vazelin Robert Chesebrough tərəfindən kəşf edilmiş maddədir. Vazelinin, daha əvvəl eşitmədiyiniz faydalarını sizə təqdim edirik.
Mütəxəssislərin apardığı araşdırmalara görə vazelinin tərkibində yüksək miqdarda yağ var. Bu xüsusiyyətinə görə qaş və kirpik uzatmada olduqca faydalı məhsuldur. Qaş formasının düzgün görünməsini istəyənlər vazelini benmari üsulu ilə əridib hər gecə yatmadan əvvəl qaşınıza çəkin. Kreminin yaxşı ərimiş olmasına diqqət edin. Qatı vazelin qaşların tökülməsinə səbəb ola bilər.
Xüsusilə, qış aylarında rahatlıqla istifadə edə biləcəyiniz vazelin, çatlamış quru dodaqlar üçün nəmləndirici və xüsusi baxımdır.
Saçlarınızı boyayarkən alınızın və ya qulaqlarınızın batdığından şikayətlənirsinizsə, saç boyamağa başlamadan əvvəl boyaya batmasını istəmədiyiniz bölgələrə vazelin çəkin.
Makiyajı təmizləmək üçün vazelin köməyinizə çata bilər. Dodaqdakı dodaq boyasını, qurumuş tuşu, göz qələmini ağrıtmadan asanlıqla təmizləyə bilər. Kremi götürüb istədiyiniz bölgəni ovalaya bilərsiniz.